Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ümid edirəm ki, yeni təyin olunacaq nazir milli ruhda bir insan olacaq — Zahid Qubadlılıdan AÇIQLAMALAR

Tarix: 04-06-2020 14:59     Baxış: 4224 A- / A+
Ümid edirəm ki, yeni təyin olunacaq nazir milli ruhda bir insan olacaq — Zahid Qubadlılıdan AÇIQLAMALAR


Bu gün tanınmış klarnet ifaçısı Zahid Qubadlının doğum günüdür. Sənətkarın 44 yaşı tamam olur.

Manevr.az bildirir ki, özəl günündə ölkə.az-ın əməkdaşının suallarını cavablandırıb.

Musiqiçi açıqlamasında bildirib ki, ad gününü təmtəraqlı qeyd etməyi sevmir.

“İçimdə bir nisgil, kədər var və ona görə doğum günlərimi təmtəraqlı qeyd etmirəm. Ölkədə karantin rejimidir, bundan başqa nə qədər ki, torpaqlarımız işğal altındadır, mən öz ad günlərimi nisgillə qarşılayacağam. İnşallah, torpaqlarımız mənfur düşmən tapdağı altından xilas olduqdan sonra, mən də o torpaqlarda doğum günümü qeyd edəcəm”,- deyə o, qeyd edib.

Söhbət zamanı Zahid Qubadlılı 30 ildir bu sənətdə xidmətləri olduğuna baxmayaraq, heç bir fəxri adla mükafatlandırılmadığı məsələsinə də toxunub.

“Bizim evdə musiqinin bir əsr tarixi var. Mənim atam da musiqiçi olub. Mən 30 ildir ki, bu sənətə xidmət edirəm. Yetərincə, bu sahədə xidmətlərim olub, cəbhə bölgələrindəki konsertlərdə, dövlət əhəmiyyətli bütün tədbirlərdə iştirak etmişəm. Ancaq, əfsuslar olsun ki, mən bunun qarşılığında qiymətləndirilməmişəm. Dəfələrlə Mədəniyyət Nazirliyinə müxtəlif qurumlardan, millət vəkillərindən və digər vəzifəli şəxslər tərəfindən mənim ad almağımla bağlı müraciətlərə baxmayaraq, nazirlik mənim adımı fəxri ad alanların siyahısına salmayıb. Məlum olmayan səbəblərdən bu işdə mənə maneə törədiblər. Mədəniyyət Nazirliyi hər dəfə bu işə baxacaqlarını söz versələr də, 10 il müddətində bu öz həllini tapmayıb. Bilirsiniz niyə, mənim fikrimcə, Mədəniyyət naziri öz yerində deyildi. Bu işlə məşğul olan şəxs öz mədəniyyətinin bütün sahələrini yaxşı bilməli, milli ruhlu bir insan olmalı idi. Mədəniyyət naziri isə bunlardan çox uzaq biri idi. Mən Arif Babayev, Habil Əliyev kimi böyük sənətkarlar tərəfindən qiymətləndirilmişəm. Məndən sonra bu sənətə gələn insanlar xalq artistləridir.

Hər zaman konsertlərdə, tədbirlərdə soruşurlar ki, sizi necə təqdim edək? Utanıram cavab verməyə ki, mənim hələ də heç bir fəxri adım yoxdur. Biz sənətkarları da bu cür mükafatlandırılmaq ruhlandırır, ilham verir”.

Sənətkar fəxri adların müəyyən məbləğ müqabilində alınması haqqında yayılan xəbərlərə də münasibət bildirib.

“Mən belə bir vəziyyətlə rastlaşmamışam. Mənə belə bir təklif olmayıb. Bildiyiniz kimi bu fəxri adlar Prezident tərəfindən verilir. Təqdimat isə Mədəniyyət Nazirliyi tərəfindən edilir. Bu dəqiqə nazirlikdə araşdırma aparılsa görərlər ki, mənim xidmətlərim, sənətim barədə orada nə qədər müraciətlər var. Elə Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən nazirliyə 20-dən çox müraciət daxil olub. Onlara da eyni cavabı veriblər ki, məsələyə baxılacaq. Əfsuslar olsun ki, nazirlik 10 ildə bir gün tapıb məsələyə baxa bilməyib.Yenə də mən öz fikrimin üzərində dayanıram. Nazirlikdə heç kəs öz yerində olmadığı üçün biz sənətkarlar əziyyət çəkmişik. İnşallah, ümid edirəm ki, yeni təyin olunacaq nazir milli ruhda bir insan olacaq”, - deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, ifaçı 4 iyun 1976-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar