Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Zeynəb Xanlarovanın ölüm xəbəri ilə bağlı — AÇIQLAMA

Tarix: 19-05-2020 11:40     Baxış: 4278 A- / A+
Zeynəb Xanlarovanın ölüm xəbəri ilə bağlı — AÇIQLAMA


“Bu xəbəri yayan insanların damarında qırmızı qan axdığına inanmıram. Vicdanı olan heç bir insan, bu hərəkəti etməz”.


Manevr.az xəbər verir ki, bu sözləri ölüm xəbəri yayılan Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova ölkə.az-ın əməkdaşı ilə söhbəti zamanı deyib.

“İnanın, səhərə qədər yatmamışam, xəbəri eşidən bütün dostlar, tanışlar təlaşla zəng vurub. Bu qədər sevənləri olan bir sənətkar, insan barədə bu cür bəd xəbəri yaymaq nə qədər doğrudur. İnsanları belə təlaşa salmağa kimin haqqı çatır?”

O, Xalq artistinin ABŞ-da müalicə aldığını və orada dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatların ağ yalan olduğunu deyib:
“ Deyirlər ki, guya vəziyyəti ağırlaşıb və onu ABŞ-a aparıblar və orada da dünyasını dəyişib. Bu yayılan xəbərlər ağ yalandan, iftiradan başqa bir şey deyil. Hazırda Zeynəb Xanlarova sağ - salamatdır, vətənindədir. Belə yalan məlumatı yayanın tezliklə Allah cəzasını verəcək. Mən buna inanıram!”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar