Sizin Reklam Burada
Xəbər lenti
30 may
29 may
BÜTÜN XƏBƏRLƏR

“Əbülfəs Qarayev “KQB” deyil ki, işçilərinin arxasınca casus göndərsin” — Flora Kərimova nazirin müdafiəsinə qalxdı

Tarix: 11-05-2020 15:59     Baxış: 456 A- / A+
“Əbülfəs Qarayev “KQB” deyil ki, işçilərinin arxasınca casus göndərsin” — Flora Kərimova nazirin müdafiəsinə qalxdı


Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi. Əməliyyat zamanı nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanıldılar.
Xüsusi xidmət orqanının nazirlikdə səs-küylü əməliyayt keçirməsi birmənalı qarşılanmadı. Ekspertlər nazir Əbülfəs Qarayevin də məsuliyyətə cəlb olunmasının vacibliyini vurğuladılar. Qeyd olundu ki, nazirin xəbəri olmadan hansısa əməkdaşın dövlət əmlakını talaması mümkün deyil. Artıq ayrı-ayrı sənət adamları da bu qurumun qanunsuz əməllərindən danışmağa başlayıblar.

Xalq artisti Flora Kərimova isə fərqli mövqe nümayiş etdirib.

Manevr.az xəbər verir ki, yenisabah.az saytına açıqlama verən sevilən sənətkar Mədəniyyət naziri Əbülfəs Qarayevi açıq mətnlə müdafiə edib: “Mən Əbülfəs Qarayevi şəxsən tanıyıram və onun haqqında çox müsbət fikirdəyəm. Onun çox işlərindən xəbərim var, çoxlarına əl tutduğunu, kömək etdiyini bilirəm. Təəssüflər olsun ki, bizdə bir adam yıxılanda hamı onun üstünə düşür, xəbər yalan da olsa, doğru da olsa hamı o adamı baltalayır. Mən Mədəniyyət nazirindən çox razı idim, çünki onun əl uzatdığı insanları tanıyırdım, o insanları qəbul edib, heç vaxt heç kimi əliboş geri qaytarmayıb, hər zaman əlindən gələni edib. Mədəniyyət naziri digər işlərə cavabdeh deyil. Mədəniyyət naziri orada “KQB” deyil, polis deyil ki, hər işçisinin arxasınca casus göndərsin. Mən bilirəm ki, bu işlərdə o təmiz adamdır. Mədəniyyət Nazirliyi xüsusi nazirlik deyil ki, onun işində korrupsiya olmasın və ya olsun. O da digər nazirliklər kimidir. Yəni əgər ölkədə korrupsiya varsa, hər bir idarədə var. Bunu gizləmək mümkün deyil, gündə bir nəfər tutulur, cəzasını çəkir. Bilirsiniz, mədəniyyət adamları müstəqil adam deyillər, öz sözünün sahibi deyillər, söhbət çoxluqdan gedir. Bəziləri obyektivlikdən kənardırlar, hər şeyi mədəniyyət nazirindən gözləyirlər ki, “o mənə fəxri ad verdirmədi, mənimlə düşmənçilik etdi” və s. Savadsızlıq ucbatından həqiqəti bilmirlərsə, kimsə imkanı hesabına ad alırsa bunu mədəniyyət nazirinin üstünə yıxmaq düzgün deyil, belə şeylərin əleyhinəyəm. Mən millətimə demək istəyirəm ki, kütləyə dönməyin. Kimsə büdrədi deyə bir təpik də siz atıb onu yıxmaq düz hərəkət deyil”.

Flora Kərimova sənət adamlarına fəxri adların verilməsiylə bağlı səslənən ittihamlara da münasibət bildirib. Qeyd edib ki, hansısa əməkdaşın nöqsanını nazirin ayağına yazmaq doğru deyil: “İndi kimsə nazirlikdə hansısa işlə məşğuldur deyə hamı başlayır ki, nazirlik pulla ad satır. Birincisi, onu deyən adamlar bilmir ki, bu sözə görə onu çağıra bilərlər ki, gəl bu sözün arxasında dayan? İkincisi, tutalım, mədəniyyət nazirliyi pul aldı adı saldı siyahıya, bəs yuxarıda oturanlar əfəldirlər? Bilmirlər məsələ nədir? Əgər sənin istəmədiyin, sənətini saymadığın bir adama fəxri ad verilibsə, niyə indiyə qədər adını çəkib açıq danışmırdın? Mən ad çəkmirəm ki, o adamları pərt etməyim. Mən də çox şeylərdən narazıyam, ancaq gözləyirsən ki, mənim kimi 52 yaşında fəxri ad alsınlar? Bir ayağım burda, bir ayağım gorda idi. O da ki, dava-qırğınla verildi. Elə adamlar getdi ki, onun üstünə, müsibət oldu. Bunu gözləyirsiniz ki, sənətkarlar həyatdan incisin, sənətdən incisin? Sənəti yoxdursa, çıx de ki, sənin sənətin yoxdur. Allahın əlindən qisməti almaq mümkün deyil. Əgər onun qismətinə Allah yazıbsa, həmin adam o adı alacaq. Ancaq bir sifətli adam olmaq lazımdır, nə olub indi hamı düşür bir nəfərin üstünə, hamı dilini uzadıb”.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar