Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xatunla Rüfətin dueti erməni mahnısı imiş...

Tarix: 27-02-2020 20:54     Baxış: 4167 A- / A+
Xatunla Rüfətin dueti erməni mahnısı imiş...


Müğənnilər Xatun Əliyeva və Rüfət Axundovun "Sənə qədər" adlı duetinin erməni ifaçılar Sona Sarkisyanla Ara Martirosyanın birgə ifa etdiyi "40 Градусов" mahnısının plagiatı olduğu üzə çıxıb.

Manevr.az axşam-a istinadən xəbər verir ki, Sonayla Aranın mahnısının sözləri erməni aparıcı və söz yazarı Avet Barsaqyana, musiqisi isə Ara Martirosyanın özünə aiddir. Rüfətlə Xatunun duetində isə musiqinin Pənah Eldara, sözlərin isə Sahilə adlı xanıma məxsus olduğu qeyd edilib.

Avet Barsaqyan - aparıcı və söz yazarı.

2018-ci ildə təqdim edilən və "Youtube"da 12 milyondan çox baxış sayı toplayan "40 Градусов"la "Sənə qədər" mahnısının sözlərində, musiqisində və aranjimanında oxşarlıqlar çoxdur.

Eyni xətt üzrə hərəkət edən mahnıların sözlərindəki oxşarlıqlar bunlardır:

"Sənə qədər" mahnısının girişindəki "Я твою любовь и грусть знаю наизусть. По глазам могу прочесть смех и ненависть. Сердце оставляет след, не размыть водой. Через сотни тысяч лет, всё равно с тобой" sözləri ilə "Nə eşqdir, bu ürəyim baxmır sözümə. Addım - addım bir ömür düşüm izinə. Gözümün içinə bax, gülsün gözlərim. Baxışın silinmir inan əzbərimdən" sözləri, həmçinin, "В сердце 40 градусов а в душе жара" sözləri ilə "Əlinə toxunsam yanar ürəyim" hissələri də oxşardır.

Mahnının nəqarətindəki "Bəlkə dəli olmuşam, bəlkə də yox. Bəlkə də mən sevgini səndə tapmışam" sözləri ilə "40 Градусов"dakı "Может я с ума сошла, а может нет. Может я любовь нашёл" sözləri eyni mənaya gəlir. Mahnıların sonu da eyni kəlmə ilə bitir. Sona Sarkisyanla Ara Martirosyan "Мы с тобой любовь нашли", Xatunla Rüfət isə "Bu eşqi birgə tapdıq" sözləri ilə ifalarına son qoyurlar.

Hətta klipdə də bənzərliklərin olması diqqət çəkir. Erməni ifaçıların mahnısını Karen Amyan, Xatunla Rüfətin ifasını isə İlham Yaşaroğlu ekranlaşdırıb. Hər iki ekran işində şəhər görüntülərindən, bir-birinə bənzəyən kadrlardan istifadə olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar