Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tacir gileyləndi: “Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir”

Tarix: 05-11-2019 19:48     Baxış: 4513 A- / A+
Tacir gileyləndi: “Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir”


Fədayə ilə bacısına görə görüşə bilmirik, həmişə bacısı İlahə Fəda bizə maneə törədib.

Müğənni Tacir Şahmalıoğlu bir müddət öncə həbsxanadan çıxan Fədayə Laçının onunla duet oxumaq istəməsinə münasibət bildirib.

Manevr.az bildirir ki, musavat.com-a açıqlama verən sənətçi bildirib ki, hələ də Fədayə ilə görüşməyib: "Fədayə ilə görüşməmişəm, nömrəsini tapa bilmirəm. O, həbsxanada olanda dəfələrlə yanına getməyə cəhd göstərdim. Dedilər ki, icazə yoxdur, ancaq anası və bacısı gələ bilər. Qorxusundan Fədayənin adını çəkməyənlər və ümumiyyətlə Laçınla ünsiyyəti olmayanlar indi onun yanına gedib, video çəkir, qucaqlayır. Fədayəni mən çox istəyirəm. Biz bacısına görə görüşə bilmirik, həmişə bacısı İlahə Fəda bizə maneə törədib. O düşünür ki, Fədayə mənə görə həbs olunub, günahı məndə görür. Fədayə həbsdə olanda anası ilə dəfələrlə danışmışıq. Həmişə getdiyim evdir. Niyə getməyim? Fədayə ilə görüşəcəyəm, yeni mahnılar haqda danışacağıq. Hələ başım qarışıqdır".

Qeyd edək ki, F.Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu "Qoca" ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 6 il müddətində azadlıqdan məhrum edilmişdi. Ötən ay isə müğənni Fədayə Laçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və F.Laçının cəzası 2 ilə endirilib. Müğənni oktyabrın 29-da azadlığa buraxılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar