Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Aktyorlar çıxanda ona lənət oxudular" - Elza Azərpaşa Nemətovu "yıxıb-sürüdü"

Tarix: 01-11-2019 21:43     Baxış: 3199 A- / A+
"Aktyorlar çıxanda ona lənət oxudular" - Elza Azərpaşa Nemətovu "yıxıb-sürüdü"

Əməkdar artist Elza Seyidcahan Akademik Milli Dram Teatrının rəsmi status almasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə direktor Azərpaşa Nemətova sərt şəkildə etirazını bildirib.
Manevr.az xəbər verir ki, o, bu barədə "ölkə.az"a danışan bəstəkar-müğənni deyib ki, sözügedən tədbirdə "Azdrama"dan daha çox A.Nemətov barədə xoş sözlər səsləndirilib:

“Gileylənməyi xoşlamıram. Ancaq teatrla bağlı ən böyük işim Vahid Əzizin sözlərinə yazdığım himndir. Bu himni bilməyən aktyor yoxdur. Adətən, əlamətdar günlərdə bu himn oxunur, hətta bunu məndən tələb edirlər. O tədbirdən çıxanda da aktyorlar dedilər ki, biz o mahnını, himni gözləyirdik. Sanki günahkar mən idim. Dedim ki, bu, mənim səlahiyyətimdə deyil. Mən də məyus oldum. Sanki ora teatrın yox, Azərpaşa Nemətovun yubileyinə gəlmişdik. Tədbirin sonunda karnaval k‫imi şar, fişəng partlatmaq əvəzinə aktyorların himnini vermək daha yaxşı olmazdımı? Sənəti qoyaq bir kənara. Azərbaycan kişisinə qadına diqqət göstərmək yaraşır. Mən bu yaşımda həm anayam, həm nənəyəm, ailə saxlayıram. Ancaq buna baxmayaraq, bəzən balalarımın boğazından kəsib, sənət əsərləri yaratmağa çalışıram. Amaliya Pənahova sağlığında dedi ki, biz aktyorları çox sevirik, amma Elza bu əsəriylə bizə sevgisini bir daha sübut etdi. Yəni, aktyorları belə sevərlər. O da, Məleykə Əsədova da bu əsəri oxumaq istəyirdi. Bu mahnı 15 ildən artıq keçsə də, sanki bu gün yazılıb”.

E.Seyidcahan bildirib ki, Azərpaşa Nemətov nə sənəti, nə də teatrı sevmir:

“Azdrama”nın Ədil İsgəndərov, Ələsgər Ələkbərov, müasir dövrümüzdə Fuad Poladov kimi nəhəngləri olub. Amma o, nə aktyorları, nə də teatrı sevmir. Ora bir gürcü aktyor gəlmişdi, buna çaxır gətirmişdi. Çaxırı görən kimi tez qabağa hoppandı. O qədər çaxır içib ki, qarnı burnuna dəyir. O qədər çaxır içib ki... (həmin ifadəni yazmırıq - red.) Çaxır üçün tez qabağa gəlir. Bütün aktyorlar da çıxanda ona lənət oxudular. Biz Azərpaşanın yubileyinə gəlmişdikmi? Amma hiss edirəm ki, aktyorlar da ondan qorxurlar. Aktyor direktordan qorxursa, o, səhnədə heç nə yarada bilməz. Aktyor yaradıcı insandır, sərbəst olmalıdır, rahat şəkildə fikrini ifadə etməyi bacarmalıdır. Lakin gördüm ki, aktyorlar ondan necə çəkinirlər. O tədbirdə cənab nazir Əbülfəs Qarayevin çıxışını dinlədim. İstərdim ki, Azərpaşa Nemətov heç olmasa onun dediklərindən dərs götürsün”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar