Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şou əhli ayağa qalxdı - Bu xəstəxananın bağlanılması tələb olunur

Tarix: 31-10-2019 18:19     Baxış: 4283 A- / A+
Şou əhli ayağa qalxdı - Bu xəstəxananın bağlanılması tələb olunur



Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) Sabunçu xəstəxanasının həkim kollektivinin dəyişdirilməsini tələb edib.


Manevr.az "Yeni Sabah"a istinadən xəbər verir ki, o, oğlu ölən atanın fəryadını sosial şəbəkədə paylaşaraq Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasını, orada çalışan həkimləri sərt tənqid edib:

"Mən bu videoya axıra qədər baxa bilmədim, ağladım! Allah Sabunçu xəstəxanasının rüşvətxor, şərəfsiz, insanlıqdan bixəbər nə qədər həkimi varsa, hamısının bəlasını versin! Başda Sabunçu olmaqla bir çox yerdə həkim yox, baytarlar insanların həyatı ilə oynayırlar! Hamısını işdən çıxartmaq lazımdır. Hamısını cavan həkimlərlə əvəzləmək lazımdır. Türkiyədə, Rusiyada təhsil almış, hətta Bakıda yaxşı oxuyan o qədər cavan həkimlərimiz var ki... Bu atanın yerinə çox pis oldum, göz yaşların yerdə qalmaz, ata, oğlunun ölümündə günahkar olanlar Allahın qəzəbinə gələr tezliklə! Bəzi həkimlər şərəfini də pula satarlar, səviyyəsizlər!"

İzləyicilərdən biri rəylərdə tanınmış idmançı Fərhad Poladovun da həmin xəstəxanada öldüyünü xatırladıb. Tolik isə reper Hüseyn Dəryanın da həmin yerdə dünyasını dəyişdiyini bildirib.

Tolikin harayına şou nümayəndələri də səs veriblər. Müğənni Mina Hüseyn, Əməkdar artist Lalə Məmmədova, aparıcı Zemfira Adıgözəlova, müğənni Günel Ələkbərova (Pişik Günel) da onun dediklərini təsdiqləyib və məyusluğunu bildirib. G. Ələkbərova nənəsinin həmin xəstəxanada vəfat etdiyini yazıb:

"Allah oradakı həkimlərin bəlasını versin. Ora diri girən adam ölü çıxır. Savadsızlar, mənim nənəmi də onlar öldürdü. Mən o vaxt bu barədə paylaşım etdim, amma əhəmiyyəti olmadı. Tolik, nə etsən sən edərsən. Yəqin, Səhiyyə Nazirliyi bu dəfə biganə yanaşmaz və orada həkim adı ilə insanları öldürən qatillər barəsində bir tədbir görər. Mən o xəstəxanada gördüyümü görmüşdüm, ora morqdur. O "morq"a diri girən ölü çıxır. Allah bəlalarını versin tezliklə, elə Hüseyn Dəryanı da o savadsızlar öldürdü, amma nədənsə yaxınları susdu".

İzləyiciləri isə Tolikə dəstək verərək "morq" adlanan bu xəstəxananın, ümumiyyətlə, bağlanılmasını tələb ediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar