Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Fədayə Laçının azadlığa çıxacağı tarix açıqlandı

Tarix: 07-10-2019 15:51     Baxış: 4264 A- / A+
Fədayə Laçının azadlığa çıxacağı tarix açıqlandı


Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın cəza müddətinin 2 il azaldılmasını sevinclə qarşılayıb.

Manevr.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında müğənninin vəkili Nurəngiz Qarayeva deyib. Onun sözlərinə görə, F.Laçın oktyabrın 30-da azadlığa çıxmağa hazırlaşır.

"Biz ötən həftənin 5-ci günü görüşdük. Fədayə xanım azadlığa çıxacağı üçün çox şad idi. Yəni, bir sözlə təəssüratları yaxşı idi".

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində saxlanılıb. Keçirilən əməliyyatla Etibar Məmmədov məhv edilib, Əli Ağami isə ələ keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sentyabrın 30-da F.Laçının apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə yekun qərar elan edilib. Qərara əsasən, onun cəzası 2 ilə endirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar