Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Nə olsun ki, İlqarə qızımdır, biz çox fərqliyik” - ŞƏKİL

Tarix: 27-09-2019 16:35     Baxış: 3142 A- / A+
“Nə olsun ki, İlqarə qızımdır, biz çox fərqliyik” - ŞƏKİL


Xalq artisti Aygün Kazımova iştirak etdiyi "Zima" festivalının mətbuat konfransından sonra "qafqazinfo"nun suallarını cavablandırıb. Məşhur müğənni yay mövsümündə fasiləsiz çalışdığını qeyd edib:

"Məndə yeni və köhnə mövsüm yoxdur. İlin 365 günü çalışıram. Sezondan sezona keçidi hiss etmirəm. Bu mövsümdə siz məndən çox şey gözləyə bilərsiz. Təbii ki, dayanmadıq, ehtiyatda bir neçə layihəmiz var. Bir-bir sevənlərimizə təqdim edəcəyik. Özüm də bunu həyəcanla gözləyirəm. Adətən əvvəllər bir layihə edirdim. Ancaq indi ehtiyatda bir neçə layihə var".

Aygün oktyabrın sonunda Rusiyanın Xalq artisti Filipp Kirkorovla Bakı Konqres Mərkəzində səhnəyə çıxacağından da söhbət açıb: "Kirkorov Bakıya gəlir? (gülür) İnanmıram! O məgər Bakıdan getmişdi? Onun Bakıdakı konsertində səhnədə çıxışlarım gözlənilir".

Pop ulduz uzun fasilədən sonra dəyişən imicindən də danışıb: "Sarı saç çox oldu, özümü vurdu. Yenə gecə yatdım, səhər oyandım ki, saçlarım uzanıb, birdən rəngi dəyişdi. Hamısı bir əl toxunuşu ilə baş verdi".

Bundan əlavə, Kazımova qızı İlqarənin səhnə fəaliyyətindən söz açıb: "Mən həmişə demişəm, nə olsun ki, İlqarə mənim qızımdır? Biz çox fərqliyik. Bəlkə də, dünyada ana-övlad duetlərinə nəzər salsaq, bala o demək deyil ki, anasına oxşayacaq. Düzdür, mənim qızım istedadlıdır. Bu, arzu edib-etməməyimdən asılı olaraq belə oldu. Ancaq biz onunla fərqliyik. İlqarə astagəl, mən isə tezgələm".

Manevr.az


“Nə olsun ki, İlqarə qızımdır, biz çox fərqliyik” - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar