Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

91 yaşlı model, 64 yaşlı bloqqer... — ŞƏKİL

Tarix: 26-09-2019 08:24     Baxış: 3189 A- / A+
91 yaşlı model, 64 yaşlı bloqqer... — ŞƏKİL

Budəfəki məqaləmizin qəhrəmanlarını onların gözəl qadın olmaları və yaşlarından yetərincə cavan görünmələri birləşdirir. Onlara baxanda, bir daha əmin olursan ki, yaş yalnız şəxsiyyət vəsiqəsindəki rəqəmdir. Cavanlaşdırıcı effektə isə təkcə gözəllik prosedurları deyil, həm də gözlərdəki işıltı və həyata olan sevgi malikdir...

Manevr.az qafqazinfo-ya istinadən 50-100 yaş aralığında olan və buna baxmayaraq, gözəl, təravətli görünən məşhur qadınların siyahısını təqdim edir:

Jaklin Berrido Pisano - 50 yaş

İtaliyanın biznes-ledi və fəşn-bloqqeri. "The Sun" nəşri 2 nəvə sahibi olan Jaklini dünyanın ən gözəl nənəsi adlandırmışdı.

Bibi Horst - 55 yaş

Münhendən olan almaniyalı bloqqer. "Schokoladenjahre" səhifəsini idarə edən Bibi orada dəb və cavanlaşdırıcı kosmetika haqda paylaşımlar edir.

Qris Qanem - 54 yaş

Monrealdan olan dəb yazarı və fotoqraf. "Zara" brendi ilə əməkdaşlıq edən Qris sözügedən markanın geyimlərində küçə dəbi obrazları nümayiş etdirir.

İolanda Hadid - 55 yaş

Keçmiş fotomodel, məşhur modellər Bella və Cidci Hadidlərin anası.

Sati Spivakova - 57 yaş

Rusiyalı aktrisa, teleaparıcı, məşhur dirijor və skripkaçı Vladimir Spivakovun həyat yoldaşı.

Kerol Alt - 58 yaş

Amerikalı maneken və aktrisa. 1980-ci ildən model biznesindədir. İndiyədək podiumlara çıxır.

İnes de lya Fressanj - 62 yaş

Fransalı dizayner və model. 17 yaşından podiuma çıxır.
Kris Cenner - 63 yaş

Amerikalı sahibkar və prodüser, "Kardaşyanlar ailəsi" şousunun ulduzu. Krisin 6 övladı var: Kim Kortni və Xloi Kardaşyan bacıları, eləcə də Kendall və Kayli Cenner.

Tatyana Neklüdova - 63 yaş

Keçmişdə mühəndis, indi isə Rusiyada yaşına görə ən təlabatlı manekenlərdən biri. Model biznesində karyerasına 59 yaşında başlayıb.

Melissa - 64 yaş

"Melissa55" adlı kiçik bloqun sahibi olan Melissa izləyicisinin onun yaşını soruşduqdan sonra məşhurlaşıb. Məlum olub ki, 60 yaşlı qadın 7 nəvə sahibidir. O vaxtdan Melissanın səhifəsinin ziyarətçilərinin sayı artıb, çünki bir çoxları onun gözəllik sirlərini öyrənmək istəyir.

Yasmina Rossi - 64 yaş

Karyerasına 40 yaşında başlayan model və aktrisa. Buna qədər qadın uşaqların tərbiyəsi ilə məşğul olub. Yasmina "Marks & Spencer" geyim istehsalçısının reklam kampaniyalarının simasıdır. O, "Yves Saint Laurent", "Hermes", "Jil Sander" və digər brendlərlə əməkdaşlıq edir.

Mey Mask - 71 yaş


Kanada-cənubi afrikalı model, məşhur mühəndis və sahibkar İlon Maskın anası. Onun karyerası 1969-cu ildə, "Miss Cənubi Afrika" müsabiqəsindəki qalibiyyətindən sonra başlayıb və bu günədək davam edir.

Karmen Dell Orefiçe - 88 yaş


Ən uzunmüddətli podium karyerasına sahib olan Karmen "Ginnesin rekordlar kitabı"na düşüb. O, 80 illiyindən sonra da nümayişlərdə iştirak etməyə və reklam kampaniyalarında çəkilməyə davam edib.

Dafni Self - 91 yaş


Ən yaşlı britaniyalı xanım maneken. Ailə həyatı qurması və üç övlad dünyaya gətirməsi ilə əlaqədar onun karyerasında uzunmüddətli fasilə olub. Və yalnız 70 yaşında, həyat yoldaşının vəfatından sonra Dafni işinə qayıdıb. O, 100 yaşınadək yaşayıb işləmək ümidi ilə jurnal və reklam kampaniyaları üçün çəkilməyə davam edir.


Manevr.az

91 yaşlı model, 64 yaşlı bloqqer... — ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar