Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qardaşyan bacıları “Emmi”nin təqdimatında rüsvay oldu - VİDEO

Tarix: 25-09-2019 11:06     Baxış: 3125 A- / A+
Qardaşyan bacıları “Emmi”nin təqdimatında rüsvay oldu - VİDEO


Öz möhtəşəmliklərindən aşırı əminlikləri Kim Qardaşyan-Vest və Kendall Cenner bacılarını gülüş hədəfinə çevirib.

Qaynarinfo kp.ru-ya istinadən xəbər verir ki, bütün iştirakçıların gülüşünə səbəb olan hadisə "Emmi” mükafatının 71-ci təqdimat mərasimində baş verib.
Səhnəyə xırda bir iş - "Ən yaxşı rəqabətcil realiti-şou”nun adını demək və öz ehtişamlı geyimlərini göstərmək üçün çıxan bacılar sözün birbaşa mənasında sürəkli alqışlar gözlədikləri halda tamaşaçıların lağ obyektinə çevriliblər. Onların gülüş hədəfinə çevrilməsinə səbəb öz xırda rollarını çox ciddiyə alaraq improvizasiya yol vermələri olub.

"Ailəmizin təcrübəsindən çıxış edərək deyə bilərik ki, sözün həqiqi mənasında maraqlı şouları özü olaraq qala bilən real adamlar yarada bilirlər”, - Kim və Kendal bacıları təqdimatda deyiblər.

Elə bu sözlərdən sonra salonda başlayan gülüşmələr yavaş-yavaş qəhqəhəyə çevrilib. Salonun reaksiyasından əməlli-başlı pərt olan Kim və Kendall bacıları səhnəni üzsulu tərk etməyə məcbur olublar.

Xatırladaq ki, əslində, onların məsğərəyə qoyulmasında təəccüblü bir şey yoxdur, çünki "Qardaşyanlar” şousu sadəcə bacıların yüksək reytinqlər üçün süni şəkildə təşkil etdiyi qalmaqallar sayəsində məşhurlaşmaqdan başqa heç nə ilə diqqət çəkməyiblər.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar