Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nadirin qalmaqallı açıqlamasına reaksiya: “Həmin adamın “panyatkası” olsaydı...”

Tarix: 27-08-2019 15:29     Baxış: 3130 A- / A+
Nadirin qalmaqallı açıqlamasına reaksiya: “Həmin adamın “panyatkası” olsaydı...”

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə Türkiyədə həyat yoldaşı tərəfindən qətlə yetirilən 38 yaşlı Emine Bulutla bağlı sensasion açıqlama verib. İfaçı deyib ki, bu hadisə qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür:

“Pis qadının başı kəsilməlidir. Əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir? İnanmıram ki, kişi başqa hansısa səbəbdən bunu etsin”.

Manevr.az xəbər verir ki, “Yeni Sabah” böyük səs-küyə səbəb olan bu sözlərə Azərbaycanın şou əhlinin reaksiyasını öyrənib.

Müğənni Xuraman Şuşalı Nadir Qafarzadə ilə bu mövzuda qətiyyən razı olmadığını bildirib:
Nadirin qalmaqallı açıqlamasına reaksiya: “Həmin adamın “panyatkası” olsaydı...”

“Mən həmin videoya heç baxa bilmədim, bu vəhşilikdir. İnsan nə qədər qudurmuş, nə qədər harınlamış olar ki, körpə uşağın gözünün qarşısında anasının boğazını kəsər.

Əgər həmin məsələ qeyrət üstündə baş veribsə belə, bu onun etdiyi hərəkətə haqq qazandırmır. Mən bu mövzuda Nadirin fikri ilə qətiyyən razı deyiləm. Belə bir şey varsa, bunu hüquqi müstəvidə həll etmək lazımdır. Həmin ailənin daxilini bilmədən, nə baş verdiyini dəqiqləşdirmədən fikir yürütmək olmaz. Əgər həmin adamın “panyatkası” olsaydı, heç uşağın gözü qarşısında etməzdi bunu. Bu əqli çatışmazlığı olan insanın davranışıdır. Manyak insanın davranışıdır. Bənzər hadisə bu yaxınlarda Azərbaycanda da baş vermişdi, Şəmkirdə kişi keçmiş qayınanasının evini yandırmışdı, arvadı, 2 yaşlı uşağı da ölmüşdü. Bu vəhşilikdir.

Birincisi, əgər hadisə “Qeyrət üstündə” baş veribsə belə, öldürmək çarə deyil. Qayda var, qanun var. İkincisi, öldürmək Allaha məxsusdur, sən kimsən ki, Allahın verdiyi canı alasan?!".

X.Şuşalı son vaxtlar bu tip hadisələrin çoxaldığını qeyd edib:

"Bilirsiniz, son zamanlar bu tip hadisələr çoxalıb. Yaxşı olar ki, valideynlər övladlarını evləndirərkən, övladlarının ailə qurduqları şəxsin psixoloji durumu ilə maraqlansınlar, baxsınlar ki, bu kimdir, nəçidir. Bir də görürsən, valideynlər psixi problemi olan övladlarının vəziyyətini gizlədirlər. “Qızımın, oğlumun psixi problemi bilinməsin” deyib, evləndirirlər. Nəticədə bu cür ölüm halları baş verir ya da xəstə uşaqlar dünyaya gəlir. Belə qətllər uşaqların da psixologiyasını pozur. Həmin uşağa bu görün, nə boyda travmadır. Bəzən də bu tip hadisələri narkotik maddələrin təsiri altında da törədirlər. Hər iki halda belə cinayətlər yolverilməzdir. Şükür ki, ölkənin qanunları var, qanunlar belə halları tənzimləyir”.

Əməkdar artist Baloğlan Əşrəfov isə bu tip halların müzakirə olunmasının tərəfdarı olmadığını bildirib:
Nadirin qalmaqallı açıqlamasına reaksiya: “Həmin adamın “panyatkası” olsaydı...”

“Türkiyədə baş verən hadisənin bizdə müzakirə olunmağı lazım deyil. Hadisə qeyrət üstündə baş veribsə, nə deyə bilərəm? Hər insanın özünəməxsus psixologiyası var - bəzisi bunu qəbul edib bağışlayır, bəzisi hüquqi yolla həll edir, bəzisi də buna dözmür çarəni qarşı tərəfi öldürməkdə görür. Hərənin düşüncəsi bir cürdür”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar