Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Sevgilim məndən 12 yaş kiçikdir" - Meyxanaçı Samirə

Tarix: 23-08-2019 18:23     Baxış: 3135 A- / A+
"Sevgilim məndən 12 yaş kiçikdir" - Meyxanaçı Samirə

"Oğlum və qızım sabah gedib ailə həyatı qurub, həyat yoldaşlarının yanında olacaq. Bəs mənim yanımda kim olacaq? Ona görə də ailə üzvlərim evlənməyimə qarşı deyillər".

Manevr.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında meyxanaçı, müğənni Samirə Yusifqızı deyib. O özündən 12 yaş kiçik bəylə sevgi yaşadığında açıqlayıb:

"Çox gözəl sevgi yaşayıram. Adıı açıqlamaq istəmirəm. Sevgilim məndən 12 yaş kiçikdir. Onu dəli kimi sevirəm, o da bu sevginin qarşılığını verir. Mən ailə həyatı qursam da övladlarımın atasına hörmətlə yanaşmışam amma bu şəxs mənim ilk sevgimdir. Münasibətimizi ciddiləşdirmək istəmirik, qorxuruq belə olsa, sevgi itər. İnsan əlçatan olanda sadələşir. Mən də çalışıram ki, onun xoşuna gəlməyən hərəkətləri etməyim. Onu sevəndən sonra özümü əsl qadın kimi xoşbəxt hesab edirəm Heç kişi məclisimə getməyimə də qarışmır. O bilir ki, mən 1 milyon kişinin arasında olsam da xəyanət etmərəm".

Samirə onu tənqid edənlərə müraciət edib: "Yazılan şərhləri evdəkilər oxuyub, çox üzülür. Ən çox anam və xalam pis olur. Bir pis şərh olan kimi xalam yığıb ağlayır ki, sən bizi biabır edirsən. Bu nədir sənin ünvanına yazırlar? Mənim isə heç vecimə deyil"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar