Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Həkimlərdən Xalq artistinə ŞOK QADAĞA: "Diaqnoz qoydular ki..."

Tarix: 16-07-2019 21:45     Baxış: 3134 A- / A+
Həkimlərdən Xalq artistinə ŞOK QADAĞA: "Diaqnoz qoydular ki..."

"5 il öncə həkimlər diaqnoz qoydular ki, qalxanabənzər vəzidən (el dili ilə zobdan) təcili əməliyyat olunmalısız. Həyatım üçün çox riskli idi, həm də səs tellərimə toxunub zərər verə bilərdilər. Çətinliklə də olsa, əməliyyat uğurla keçdi, lakin həkimlər oxumağıma uzun müddət qadağa qoydular".

Manevr.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova instaqramda yazıb.

Sənətçi bildirib ki, həkimlər və yaxınları oxumağı ona qadağa qoysa da, qəlbinin səsini susdura bilməyib. O, sözlərinə belə davam edib:

"Buna baxmayaraq, evdə Yaqutumudan gizlin oğrun-oğrun oxuyurdum. Müğənni üçün çox çətindir, yaşayasan, görəsən, ifalar eşidəsən, ancaq özün oxuya bilməyəsən. Artıq 5 il keçib və illərdir məni gözləyən yeni mahnıları, duetləri 78 yaşımda sizlərə sevgimlə, sayğımla ərməğan edirəm. Deyim ki, qadağalarla keçən sənət ömrümün bu il 65 yaşı tamam olur, ancaq mən hələ yenicə öyrəndim ki, Azərbaycanda mahnıları ən çox olan ifaçı elə özüm imişəm..."

Məlumat üçün bildirək ki, görkəmli sənətkar bu yaxınlarda Aydın Sani ilə ifa etdiyi "Get gedirsənsə" və bəstəsi bəstəkar Elçin İmanova aid olan "Hamıdan küsüb gedəcəm" adlı nəğmələri ilə dinləyicilərini sevindirməyə hazırlaşır.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar