Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rəqsanənin qızı: Anam soyunanda pis olur, Cennifer Lopez yaxşı?

Tarix: 21-06-2019 15:56     Baxış: 4294 A- / A+
Rəqsanənin qızı: Anam soyunanda pis olur, Cennifer Lopez yaxşı?


Müğənni Rəqsanə İsmayılovanın qızı, gənc müğənni Aysun İsmayılova Azxeber.com-a müsahibə verib.

- İlk olaraq "Xəzər TV"də yayımlanan "5də5" verilişindəki açıq-saçıq geyiminizdən danışaq. Geyiminiz sosial şəbəkələrdə birmənalı qarşılanmadı...
-Əksinə düşünərəm ki, tam da yaşıma uyğun geyim geyinmişəm. 21 yaşlı şıltaq qızam, indi geyinməyib 35 yaşımda geyinəsi deyiləm ki? İlk dəfə idi ki, efirə elə açıq geyinirdim. Bədənim elə geyimə icazə verirsə, niyə də geyinməyim. Məndən də açıq –saçıq geyinən sənətçilərimiz var. Sənətçiləri qoyaq bir kənara normal adi xanımlarımız da elə geyinirlər. Geyimimlə bağlı deyilənlər, yazılanlar məni narahat etmədi.

- Bəzən hərəkətlərinizin yaşınıza uyğun olmadığını deyirlər...
-İki ali təhsilim var. Moskva da və İstanbulda təhsil almışam. 9 cı sinifdə çıxıb birbaşa akademiyaya getmişəm. Məni yaxından tanıyanlar deyirlər ki, özünü çox şıltaq aparırsan. Özümü yaşımdan böyük göstərmirəm. Mənim yaşımda bir gənc bu yaşda öz ayaqları üstə dura bilirsə bu demək ki, dünyagörüşü çoxdur. 15 yaşımdan işləməyə can atmışam, anam da hər zaman mənə dəstək olub. Bu yerlərə də onun sayəsində gəlib, çıxmışam. 6 yaşımdan anamın qızımı kimi şou-biznesdəyəm, 15 yaşından modelyer kimi, indi də müğənni kimi. Mən 22 yaşda şou-biznesə girməmişəm ki. Bu gün 26-27 yaşlı oğlanlar var ki, valideynlərinin əlinə baxırlar. Mən isə öz ayaqlarım üstə dura bilirəm. Özümlə qürur duyururam.

- Ananız sahədə sizə qadağalar qoyub?
- Mən anamla yaxın rəfiqəyəm. Onun qadağa qoyacaq hərəkətlər etmirəm. Nəsə etməmişdən əvvəl anamla məsləhətləşirəm. Anam mənə heç nədə qadağa qoymur, mənə güvənir.

- Ananız da açıq saçıq geyimi ilə gündəmə gəlmişdi...

- Şou-biznesdə açıq-saçıq geyinən bir çox sənətçi var. Sənətçilər bir kənara elə qızlar var ki, şou-biznesdə deyil, amma elə geyinir. Anamın sənəti müğənnidir, şou göstərməlidir, buna tələbat var. 40 yaşında 4 uşaq anası 49 kilodursa, o bədəndədirsə niyə də etməsin? Əgər bir evdar xanım bunu etsəydi, bəli qınaya bilərdik. Niyə Cennifer Lopez body geyinib oynayanda, soyunanda bəh-bəhlə baxırlar, biz edəndə, anam edəndə isə topa tuturlar?

- Bir ara modelyer olmuşduz, daha sonra müğənni olmaq qərarına gəldiz. Buna səbəb nə oldu?
- Mən gedib modelyerliklə yanaşı aktrisalıq sənətinin dərslərini aldım. Orda təkcə aktrisalığı öyrətmirlər, onunla yanaşı vokal dərsləri keçirlər. Bundan sonra mən kamera qarşısında özümü rahat hiss edirdim. Ali təhsilim modelyerlik olsa da, o sənəti ikinci plana keçirmişəm. İstəsəydim çoxdan özümə geyim mağazası açardım. Amma yadımdadır ki, bizim evdə bir otaq qardirob idi hər tərəfli güzgülər idi. Həmişə onun qarşısında durub özüm üçün klip çəkirdim. İndi balaca bacım Yağmur elədir. Özünə balaca mikrafonlar alıb, güzgünün önündə oxuyur.

- Gənc yaşda estetik əməliyyat etmisiz. Buna səbəb nə oldu?
- Mən etdiyim heç bir əməliyyatı gizlətməmişəm. Burumu kəsdirmişəm demişəm, dodaq dolğusu edib sonra çıxartmışam demişəm. Nəyəsə ehtiyacım varsa edəcəm, kompleksə düşürəmsə edirəm. Bunun heç kəsə aidiyyatı yoxdur. Sinə əməliyyatına gəldikdə isə hələ ki, etməmişəm.

- Məşhur insanın qızısız. Müğənni övladı olmaq necə hissdir?
- Məndən başqa iki məşhur xanımın övladları da şou-biznesə başladılar. İkisi ilə də çox gözəl münasibətimiz var. Sadəcə İlqarə bir az tənbəldir, amma Aynişan artıq aktrisadır. Məşhur qızı olmaq o deməkdir ki, hər zaman sizi ananıza görə tanıyırlar, anınıza görə daha məsuliyyətli olmalısız.

- Şəxsi həyatınızda kimsə var?
- Mən şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Bir onu deyə bilərəm ki, mənim arxamda duran bəy var. O da mənim atamdır. Başqasına ehtiyacım yoxdur. Həyatımda kimsə olsa da gizli olacaq. Yaşın da fərqi yoxdur. Məncə daxilən cavan olmalıdır.

- Son olaraq "instagram"a gələn şəxsi mesajlarını göstərə bilərsən?
- Mən tanımadığım adamlara cavab vermirəm, çünki heç kimin xətrinə dəymək istəmirəm. Ancaq sizə göstərə bilərəm, gəlin bir yerdə baxaq. Çoxu xoş sözlərdi, "gözəlsən, şirinsən, ürəksən" və s. tipli yazılardı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar