Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Qız övladı olan qadın ikinci dəfə ərə getməməlidir"

Tarix: 05-06-2019 17:51     Baxış: 3179 A- / A+
"Qız övladı olan qadın ikinci dəfə ərə getməməlidir"

"Azyaşlı qız uşağı olan qadın ikinci dəfə ailə qurmamalıdır. Demirəm, ömürlük ailə qurmasın, qursun. Ən azından uşağı özünü dərk edəcək yaşa gələnə qədər qurmasın".
Manevr.az-ın məlumatına görə, bu sözləri aktrisa Zülfiyyə Qurbanova sosial şəbəkədə yazıb. O, ayrılan qadınların ikinci dəfə ərə getməsini qınayıb:

"Heç olmasa başına pis hadisə gələndə, dərk etsin ki, bunu ona kim edib. Xanım olsam da, indiki qadınlar elə bil ipdən qırılıblar. Nə olub? Yoxsa elə bilirsiz əvvəlki qadınların hisləri, tələbatları olmayıb? Elə belə vecsiz düşündüyünüzə, hər şeyə barmaqarası baxdığınıza görə, ögey atalar tərəfindən zorlanan, evdən didərgin olub 16 yaşından küçələrə düşən, həyatı puç olan uşaqların sayı günü-gündən artır.

İndi deyəcəksiniz ki, öz doğma atasından yaxşı atalıq edən ögey, öz atasının zorladığı qızlar var. Onları mən də bilirəm. Amma yuxarıda məsəlini çəkdiyim hadisə daha çoxluq təşkil edir.

Biz böyüyəndə anama dedik ki, niyə ailə qurmadın? Gözəl qadın idin, saçın ağardı, tək bala saxlamaqdan kişiləşdin. Zülm çəkdin, qadın kimi xoşbəxt olmadın. Dedi ki, onda körpə idiniz, amma böyüyüb, 16 yaşınız olacaqdı. Qızlarım başqa kişi yanında böyüməli idi. Ondansa ölsəm yaxşı idi. Balam məndən artıq deyil. Düzdür, hamı mənim anam kimi ideal ana deyil. Amma analıq hissi yaxşı şeydir. Ona görə də hər övlad dünyaya gətirən ana olmur. Necə ki, deyillər".

Qeyd edək ki, Bakı Bələdiyyə Teatrının aktrisası olan Zülfiyyə tamaşaçılara "Həyat sən nə qəribəsən", "Ata ocağı" kimi seriallardan tanışdır.axşam.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar