Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Çingiz qalib gəlsə, qurban kəsəcəm" - Məşhurların Çingizin çıxışı ilə bağlı FİKİRLƏRİ / VİDEO

Tarix: 18-05-2019 13:37     Baxış: 3175 A- / A+
"Çingiz qalib gəlsə, qurban kəsəcəm" - Məşhurların Çingizin çıxışı ilə bağlı FİKİRLƏRİ / VİDEO


Azərbaycan təmsilçisi Çingiz Mustafayev İsraildə keçirilən "Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb. O, mayın 18-də 20-ci nömrə altında çıxış edəcək.

Manevr.az açıqlama verən məşhurlar Çingizin çıxışından danışdılar:


Prodüser Asif Kərimov bildirdi ki, bu çıxış çox fərqli və möhtəşəm idi:

"Çox yüksək səviyəli çıxış oldu. Əgər, musiqi ilə bağlı seçim olsa, sözsüz biz yaxşı yerə nail olarıq. Amma təəssüf ki, "Eurovision"da siyasi məsələlər rol oynayır. Nəticə nə olursa, olsun Azərbaycan yüksək səviyyədə təmsil olunur. İlk ildən bu yana daim maraqlı çıxışlarımız olub. Amma Çingizin səhnəsi lap çox xoşuma gəldi. Kompüter qrafikası gözəl hazırlanıb. "Eurovision" səhnəsinin ən fərqli çıxışlarından biri oldu. Hollandiya və Rusiya təmsilçilərinin çıxışını bəyəndim. Albaniya isə xoşuma gəlmədi. Mövzu müharibə ilə bağlı idi, ona görə onlar finala vəsiqə qazandılar. İngilis dilini bilmirəm, sözə yox, musiqiyə fikir verirəm".

Müğənni Roza Zərgərlidən gözlənilməz açıqlama gəldi:

"Çox nadir hallarda kiminsə qalib gəlməsi üçün canfəşanlıq edirəm. Çox istəyirəm ki, müsabiqənin builki qalibi məhz Çingiz olsun. Arzum gerçəkləşsə, Azərbaycan yolunda qurban kəsəcəm. Pərformansı, müasir texnologiya ilə tərtib olunan səhnə əsəri, mahnısı, Çingizin davranışı, bir sözlə, hər şeyi çox bəyəndim. Halaldır ona".

Bəstəkar Pikə Axundova hesab edir ki, "Eurovision"da durğunluq var idi, amma Çingizin çıxışı bütün pərdələri aradan qaldırdı:

"Burada siyası məqamlar çoxluq təşkil edir. Ona görə də proqnoz qoymaq çətindir. Amma düşünürəm ki, Çingiz orada münsiflər heyyətinin və geniş izləyici kütləsinin bəyənini qazanıb. Mahnısı, ifası gözəl idi. Qurulan səhnə maraqlı, düşündürücü idi. Məncə, Azərbaycan bu il yaxşı göstəricilər nümayiş etdirəcək".

Əməkdar artist Abbas Bağırov da Çingizin ifasını bəyənənlər siyahısındadır:
"Azərbaycanın finala keçməsi artıq uğurdur. Qalib olmağımızı arzu edirəm, amma siyasi məsələlər maneə törədə bilər. Bir dəfə qalib gəldik. Niyə də təkrarlamayaq? Çingizə uğurlar arzu edirəm. Onun canlı oxumasına, performans göstərməyinə şüphəm də yox idi. Bəzi ölkələr oğurluq mahnılar ilə çıxış etsələr də, biz daim yeni və fərqli ifalar nümayiş etdiririk. Çingizin ifası bundan öncəkilərdən fərqli və yaxşıdır".



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar