Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Eurovision-2019” təmsilçimiz İsraildə - Səbəb

Tarix: 09-04-2019 19:51     Baxış: 3177 A- / A+
“Eurovision-2019” təmsilçimiz İsraildə - Səbəb

“Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Çingiz Mustafayev yarışma çərçivəsində yayımlanacaq 30 saniyəlik video-çarxın çəkilişi üçün Tel-Əvivə gəlib.
Manevr.az xəbər verir ki, ölkəmizi və ifaçını təmsil edəcək video çarxın təqdimatı İctimai Televiziya və müsabiqənin rəsmi saytı Eurovision.tv-də olacaq

Qeyd edək ki, “Eurovision” təşkilatçılarının tərtib etdiyi bu ilki konsepsiya “Arzulamağa qərar ver: rəqs et”-dir. Konsepsiyaya əsasən Çingiz Mustafayev də daxil olmaqla çəkilişlər üçün müxtəlif ölkələrin təmsilçiləri İsrailin mədəni rəngarəngliyini biruzə verən, təkrarolunmaz məkanlarına gəlir və mütləq rəqs edirlər.

Uzun zamandır İsrailə səfər etməyi arzulayan təmsilçimiz gəzib görmək istədiyi yerlərin çox olduğunu bildirib. Ç.Mustafayevin çəkilişlər üçün seçdiyi məkan isə İsrail və Azərbaycan dostluğu ilə yanaşı müsabiqə iştirakçılarının birliyini də nümayiş etdirəcək:

“Mən İsrailə səfər üçün hazırlaşmışdım, bu mənim üçün vacib səfərdir. Ümid edirəm ki, görmək istədiyim bütün məkanları ziyarət edə biləcəyəm. Təəssüratlarımı isə mütləq eksklüziv olaraq video bloqumda sizinlə paylaşacağam.”

Qeyd edək ki, Çingiz Mustafayev Tel-Əvivdə baş tutacaq “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarım finalda 18-ci nömrə ilə təmsil edəcək.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar