Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan gözəli” necə seçilir? - ŞOK FAKTLAR

Tarix: 04-04-2019 09:13     Baxış: 4263 A- / A+
“Azərbaycan gözəli” necə seçilir? - ŞOK FAKTLAR


Son dövrlər ölkəmizdə keçirilən gözəllik müsabiqələri ətrafında tez-tez qalmaqallar yaranır. Dəfələrlə gözəllik müsabiqəsi qaliblərinin saçyoldusu barədə mediada xəbərlər yayılıb. Bəzi müsabiqə iştirakçıları gözəl seçilmək üçün külli miqdarda pul versə də, kənarda qaldıqlarını iddia edib. Bir çox hallarda isə gözəl seçilən xanımlar ictimaiyyət tərəfindən tənqid hədəfinə çevrilir.


Manevr.az xəbər verir ki, məsələ ilə bağlı kult.az-a danışan “Best model of Azerbaijan” (Azərbaycanın ən yaxşı modeli) yarışmasının qalibi, “İlqar Əliyev” model məktəbinin təsisçisi model İlqar Əliyev “gözəl”lərin tənqid hədəfinə çevrilməsinin əsas səbəblərini açıqlayıb.

“Dünyada top modellər üçün boy minimum 1.73 sm olmalıdırsa, adi insanlar üçün boy 1.68 sm ola bilər. Bu standart gözəllik müsabiqəsinin keçirildiyi ölkədəki ümumi boy ortalamasına uyğun müəyyənləşdirilir. Qalib mütləq çox gözəl və heç bir plastik əməliyyat keçirməyən şəxslər olmalıdır. Yaşı nə qədər az olsa, qalib olmaq şansı artır. Amma Azərbaycanda keçirilən gözəllik müsabiqələrində bir çox hallarda xanımların boyu balaca, yaşı çox, çəkisi, bədən quruluşu və s. standartlara uyğun olmur. Yalnız bizdə dəfələrlə plastik əməliyyat keçirmiş xanımları gözəl seçirlər. Amma belələrini heç bir beynəlxalq müsabiqəyə gözəl kimi göndərmək olmaz. Gözəllik müsabiqəsinə qatılanlar maksimum incə olmalı, geyindiyi paltar əyninə yaraşmalıdır. Əslində, bütün dünyada “miss” yarışmalarına qatılan xanımların zəka səviyyəsi də sorğu-sualla yoxlanılır. Bizdə isə bu yoxdur. Çünki təşkilatçılar qeyri-peşəkar insanları münsiflər heyətinə toplayır. Belə olan halda seçilən gözəllər də ictimaiyyət arasında bəyənilmir. Ölkəmizdə keçirilən gözəllik müsabiqələrində dəfələrlə münsif olmuşam, bütün dünyanı gəzmişəm, yarışmaların necə keçirildiyindən də xəbərim var. Bizdə belə yarışmalarda 40 münsifin qarşısına 13-15 iştirakçı çıxarılır. Məsələn, müsabiqəyə sponsurluq edən su şirkətinin nümayəndəsi münsif olur. Təbii ki, belə münsiflərin dünyadakı gözəllik standartları barədə heç bir məlumatı olmur. Əslində isə professional münsiflər modellər, dünya yarışmalarında ölkəsini təmsil edən şəxslər, tanınmış modelyerlər, stilistlər və s. ola bilər. İstərdim ki, bu yarışmalara nəzarət edən qurumlar yaradılsın. Yalnız mənim səs verməyimlə gözəl seçilmir. Başqaları da səs verir. Bundan əlavə təşkilatçıların da nəyəsə görə verdikləri yüksək xallar var. Belə müsabiqələrin qalibləri Azərbaycan xanımlarının gözəllik haqqında nüfuzunu aşağı salır. Elələrinə bu ad başqa şeylər üçün lazımdır”, - İ.Əliyev deyib.

Modelyer Şəlalə Maqsudova əvvəllər dəfələrlə gözəllik müsabiqələrinə münsif kimi qatılsa da, son illər baş verən saxtakarlıqları gördükdən sonra belə müsabiqələrə getməməyə qərar verdiyini söyləyib:

“Seçimlər o qədər bərbad və anormal dərəcədə olur ki, verdiyim səsin heç bir əhəmiyyəti olmur. Ötən il münsif kimi qatıldığım gözəllik müsabiqəsində 40-a yaxın münsifi görəndə şok keçirdim. Birinci turdan sonra imtina elədim. Sonradan gördüm bütün mətbuat iştirakçıların saçyoldusundan, müsabiqəyə pul ödəməsindən yazıb. Bu müsabiqələr pul üzərində qurulan oyunlardır. Xaricdə keçirilən yarışlarda iştirakçıların hətta gülüşünə qədər fikir verirlər. Bizdə əsl gözəllər kənarda qalır, dikdaban, mini ətək, bol kosmetikadan istifadə edən artıq çəkili xanımlar gözəl seçilir. Bu sahədə vəziyyət o qədər bərbaddır ki, seçilən gözəllər insanların da qınaq obyektinə çevrilir. Belə çıxır ki, cibində pulun varsa, hətta çox çirkin olsan belə, istədiyin nominasiyanı ala bilərsən”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar