Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Villası olmaq Zeynəb Xanlarovanın ayıbı deyil” – Brilyant etiraz etdi

Tarix: 31-03-2019 21:03     Baxış: 3158 A- / A+
“Villası olmaq Zeynəb Xanlarovanın ayıbı deyil”

“Deyirlər, o padnosları cehiz aparanlar ölüb, Zeynəb Xanlarova yaşayır”

Xalq artisti Brilyant Dadaşova Zeynəb Xanlarovanın villasının fotosunun sosial şəbəkədə yayılmasına etiraz edib.

Dadaşova sosial şəbəkədə paylaşdığı videoda xalq artistinin tənqid edilməsinə etirazını bildirib:

“Qarşıma bir xəbər çıxdı, Zeynəb Xanlarovanın evinin fotosunu paylaşıb, “Zeynəb Xanlarovanın villası “ yazıblar. Bunu mənfi hal, onun ayıbı kimi qələmə veriblər. Zeynəb Xanlarovanın statusunda olan müğənnilərin nəinki vətənində, bir çox ölkələrdə villaları var. Zeynəb xanım dünyanı 2 dəfə dövr edib. O 50 ildir ki, Azərbaycan mədəniyyətini təbliğ edir. Xalq artistlərimizi, sənətkarlarımızı niyə gözdən salmaq istəyirsiniz? Türkiyədə mənə dedilər ki, Azərbaycandan, Zeynəb Xanlarovanın məmləkətindən gəlmisiniz? Mən fəxr etdim. Fəxr edilməli insanları niyə gözdən salmağa çalışırsınız. “Whatsapp” ilə bir-birilərinə üzərində Zeynəb Xanlarovanın şəkli olan padnosların fotolarını göndərirlər. Sosial şəbəkədə yazırlar ki, o padnosları cehiz aparan gəlinlər rəhmətə gedib, Zeynəb Xanlarova qalıb. Belə danışmaq böyük günahdır. Ölümü hamı dadacaq. Kiməsə ölüm arzulamaq günahdır”.

Qeyd edək ki, B. Dadaşova bir müddət öncə isə Afət Fərmanqızı ilə Flora Kərimovanın qalmaqalına münasibət bildirmiş, xalq artistinə dəstək olmuşdu.musavat


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar