Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Əxlaqsızlar efirə çıxıb, həyat dərsi keçir" - Nura Suri

Tarix: 23-01-2019 11:44     Baxış: 3150 A- / A+
"Əxlaqsızlar efirə çıxıb, həyat dərsi keçir" - Nura Suri


Müğənni Nura Suri aparıcıları və kanalları tənqid edib.

Manevr.az axşam.az-a istinadən xəbər verir ki, o, bununla bağlı "Facebook" hesabında paylaşım edərək, efirin pulla bayağı müğənnilərə satıldığını yazıb:

"Sonra da deyirlər niyə şou-biznesdə durğunluq yaranır, bayağı musiqi çoxalır? Guya, sənəti, səviyyəli musiqini başa düşən qalıb ki? Zövqlü, intelektual insanlar tükənmək üzrədir. Efir də elə bil toyxanadır. Kim pul verir, o da efirdədir. Efirini pula satıb, özünə layiq bildikləri qonaqları dəvət edirlərsə, burada danışılası, deyiləsi söz qalmır. İnsan özünə, verilişinə, dediyi sözə hörmət qoyar. Səviyyəli veriliş edin, sponsorlardan qazanın. Qonaqdan pul alıb, hər yerindən duranı niyə insanlara yedirtmək istəyirsiniz ki?

Niyə tamaşaçıya, dinləyiciyə hörmət qoymursunuz? Sabah heç kəs səviyyəli işə pul verməyəcək, savadlı aranjiman etməyəcək, klip çəkdirməyəcək. Elə pulu verib efirə çıxacaq, insanlara yuxarıdan aşağı baxacaq, tamaşaçını da aparıcını aldığı kimi tərbiyəsizliyi ilə əzəcək.

Xarici ölkələrdə kanalların öz qrim ustaları, modelyerləri var. Əgər gələn qonağın geyimi və makiyajı zövqsüzdürsə, anında dəyişib efirə buraxırlar. Özlərinə və tamaşaçıya hörmət qoyurlar. Biz bu gedişlə hara gedirik?"

Suri bildirib ki, həmin insanların adlarını da yazacaq:

"Ətraflı yazıb, adlarını da qeyd edəcəyəm. Bəsdirin, insanları gic yerinə qoymayın. Əxlaqsızlar efirə çıxıb, əxlaqdan danışır, həyat dərsi keçirlər. Yeni nəslin zövqünü pozurlar. Öz səviyyələrinə uyğun insanların təbliği ilə məşğuldurlar. Vətən sözünün mənasını bilməyənlər vətənpərvərlikdən dəm vururlar. Sənətkarlar, illərini bu sənətə qurban verən ifaçılar kənarda qalıblar, utandıqlarından efirə çıxmırlar. Çünki efirə sənətkar dəvət edəndə mütləq yanına pul verib efirə çıxan birini qoşurlar. Pulu verən özü sifariş edir ki, bizi səviyyəli müğənnilərlə efirə salın".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar