Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

6 yaşında zorlanan aktrisadan ürəkparçalayan ETİRAF

Tarix: 21-10-2018 15:14     Baxış: 3171 A- / A+
6 yaşında zorlanan aktrisadan ürəkparçalayan ETİRAF

Məşhur türkiyəli aktrisa Yeşim Ceren Bozoğlu uşaq ikən məruz qaldığı zorlanma hadisəsini ilk dəfə dilə gətirib.

Manevr.az xəbər verir ki, məşhur aktrisa öz sosial hesabında fotoşəkili paylaşaraq, altından bu sözləri yazıb: Şəkildə nə görürsünüz? Gözəl qadın? Eleqant libas? Gözəl saç və makiyaj?

Sonra isə uşaq ikən başına gələn qorxunc olay haqda yazıb. Aktrisanın izləyiciləri isə bir nəfər kimi sevimli aktrisalaına dəstək şərhləri yazaraq, onun yanında olduqlarını bildirdilər.

Cəmi 6 yaşlı qız cinsi təcavüzə uğrayandan sonra çox ağlayır. Hər kəsdən qorxmağa başlayır. Hələ çox balacadır, amma böyük bir təhlükədən sağ çıxdığını da anlayır. 3 il gözünün yaşı bir an olsun belə qurumur: “Allahım, yalvarıram uşağım olmasın, axı mən özüm hələ uşağam”.

3 ilin tamamında anlayır ki, qız olmaq lənətdir. Odur ki, güclü saydığı böyük qardaşılarını özünə nümunə götürür. Onlar kimi şalvar geyinməyə başlayır. Onları təqlid edir, onlar kimi, danışmağa, davranmağa başlayır.

Böyüdükcə xarakteri elə formalaşır ki, qadınlara da, onlara aid hər şeyə də nifrət edir. Səs tonu belə kişiləşib artıq…

İllər bir-birini əvəzləyir. Onun içərisindəki qız isə qəfəsdə çırpınır. Səsini eşitməmək üçün isə qəlbini kar edib.

Amma bir gün şəfqət şilləsi üzünə elə bərk dəyir ki, o qəfəsin divarları qırılıb məhv olur.

Mən o qızı həbsdən qurtaranda özümdə yeni bir güc, qadın qüdrəti hiss etdim. Kiçik yaşda təcavüzə uğrayan bacılarıma da güclü olmağı arzu edirəm.
6 yaşında zorlanan aktrisadan ürəkparçalayan ETİRAF


Artıq qadın olmağa haqqım var.

Artıq gözəl qadın olmağa haqqım var.

Artıq içimdəki balaca qızcığazı ovuda və qoruya bilərəm.

Çünki, artıq əsl gücüm ağılımdan deyil, qəlbimdən gəlir.

Gözəl bacım, acını qəbul et. Bil ki, içindən keçdiyin cəhənnəmin günahkarı sən deyildin.

Və bil ki, ən böyük acın ən böyük gücün ola bilər.

Qəlbi qanamış bütün qızların gözlərindən öpürəm.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar