Xəbər lenti
DYP-dən Pərvin Abiyevanın avtomobili barədə - Açıqlama
Aktrisa Pərvin Abiyevanın avtomaşının cərimə meydançasına aparılması barədə mənim heç bir informasiyam yoxdur.
Bu barədə teleqraf.com-a açıqlamasında Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, gün ərzində minlərlə avtomobil yol hərəkətindən kənarlaşdırılaraq cərimə meydanşasına yerləşdirilir: “Təbii ki, belə bir fakt varsa, yəni sürücü “Yol hərəkəti haqqında” qanunu pozubsa, inzibati xətaya yol veribsə, kimliyindən asılı olmayaraq onun maşını cərimə meydançasına aparılır”.
Vaqif Əsədov qeyd edib ki, qaydaları pozan şəxs aktrisa, müğənni də olsa cəriməsini ödəməlidir.
Qeyd edək ki, aktrisa Pərvin Abiyevaya məxsus 99 EP 333 dövlət qeydiyyat nişanlı,“Porşe” markalı avtomobilin cərimə meydançasına aparıldğı barədə məlumat yayılıb.
Məlumata görə, müğəninin avtomobil hərəkətdə olarkən, üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol-Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar