Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"10 gündə 30 həkim mənə iynə vurdu" - Dilqəm Əsgərovdan məktub gəlib

Tarix: 18-03-2017 09:42     Baxış: 2368 A- / A+
"10 gündə 30 həkim mənə iynə vurdu"


Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri işğal Ermənistanın Qarabağda girovluqda saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkiblər.

Bu barədə Koordinat.az-a Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. O qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri 50 günlük fasilədən sonra kəlbəcərli girovlarla görüşüblər. Dilqəm Əsgərov Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə ailəsinə yazdığı məktub səhhətinin ağır olduğunu deməyə əsas verir.

"Salam. Məktubunuzu aldım. Yaxşı heç nə yoxdur yazam. Bu 10 gündə 30 dənə həkim iynə vurdu. Qızıl Xaçın həkimlərindən xəbər yoxdur" deyə, Dilqəm Əsgərov məktubda qeyd edib.

O, həmçinin "Kəlbəcərlilərin məni axtaran, axtarmayan - hamısının bayramını təbrik et" yazıb.

Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət edərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan qanunsuz “məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.Beynəlxalq təşkilatlar kəlbəcərli girovların azadlığa buraxılması istiqamətində indiyədək heç bir əməli iş görə bilməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar