Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“WhatsApp” və “Telegram”da təhlükə var

Tarix: 17-03-2017 20:38     Baxış: 4324 A- / A+
“WhatsApp” və “Telegram”da

"WhatsApp” və "Telegram”da yeni təhlükəsizlik boşluğu aşkar edilib.

Boşluğu "Check Point” təhlükəsizlik şirkəti üzə çıxarıb.

Haker istifadəçiyə bir foto göndərir. Ön izləmədə normal görünən şəkil istifadəçini zərərli proqram olan bir HTML səhifəsinə yönləndirir. Səhifə yükləndikdən sonra cihazın yaddaşındakı fayllar ələ keçirilir, istifadəçinin hesabının məlumatları oğurlanır.

Beləliklə, məsum görünən bir fotoyla haker istifadəçinin bütün hesabı üzərində idarəni ələ keçirir. Haker mesajları, göndərilən bütün fotoları görə və istifadəçinin adından mesajlar göndərə bilir.

Təhlükəsizlik boşluğu mart ayının 7-də açıqlanıb. Hər iki mesaj xidməti hücumun qarşısını almaq üçün fayl yükləmə təsdiq protokollarını dəyişdirməli olub.

Xidmətlərin veb versiyaları yenilənib. İstifadəçilər təhlükəsizlik üçün proqramın son versiyasını yüklədiklərindən əmin olmalıdırlar.

Ənənəvi elektron poçt, söhbət xidmətlərindən fərqli olaraq, "WhatApp” və "Telegram”da başdan-başa şifrələmə metodu üçüncü tərəflərin mesajları oxumasına imkan vermir. Ancaq bu durum göstərir ki, zərərli bir fotonun, faylın sızması vəziyyəti dəyişdirir.

Düzəlişdən sonra artıq şifrələmədən öncə "WhatsApp” və "Telegram” məzmunu yoxlayır, zərərli faylları əngəlləyir. Xidmətlər boşluğu aradan qaldırsa da təhlükəsizlik şirkəti istifadəçiləri kompüterdə açdıqları bu söhbət proqramlarını periodik olaraq təmizləməyi məsləhət görür.

Bu addım hesabınızın qoşulduğu cihazları yoxlamağa və istənilməyən aktivlikləri bağlamağa imkan verir.

"Check Point” bildirir ki, naməlum istifadəçilərdən gələn şübhəli faylları açmaqdan da çəkinmək lazımdır. makroblog

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar