Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Depressiyanın əlacı tapıldı - Şux qamət

Tarix: 09-02-2017 22:38     Baxış: 4410 A- / A+
Depressiyanın əlacı tapıldı


Sən demə, depressiyadan əziyyət çəkən adam özünü yaxşı hiss etmək üçün sadəcə düzgün oturmalıdır. Bu faktı Yeni Zelandiyanın Oklend Universitetinin bir qrup mütəxəssisi müəyyən edib. Tədqiqatda depressiya əlamətləri olan 61 könüllü iştirak edib.

İştirakçılardan beş dəqiqəlik nitq söyləmək xahiş olunub. Sonra onların nitqi qiymətləndirilib.

Daha sonra könüllülərə 1022-dən 13-dək geriyə saymaq təklif edilib. Bununla da iştirakçıları stress vəziyyətinə salmağa çalışıblar. Eksperimentdən əvvəl iştirakçıları iki qrupa ayırıblar. Birinci qrup qamətini şax tutmalı (düz oturmalı), ikinci qrup isə istədiyi pozada oturmalı idi.

Məlum olub ki, ikinci qrupun üzvləri ilə müqayisədə düz oturan könüllülər az yorulublar və daha həvəslidirlər. Üstəlik, suallara daha ətraflı cavab veriblər, "mən” və "mənə” əvəzliklərindən daha az istifadə ediblər. Yəni onlar bütün diqqətlərini öz üzərlərində cəmləşdirməyiblər. Göründüyü kimi, şux qamət əhvali-ruhiyyəni yüksəldir. Doğrudur, alimlər müsbət effektin nə dərəcədə uzunmüddətli olduğunu aydınlaşdırmayıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar