Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Piyadalarda arxayınlıq yaranıb" - Yol polisi

Tarix: 03-02-2017 22:01     Baxış: 5360 A- / A+
"Piyadalarda arxayınlıq yaranıb"

2016-cı ildə Bakı şəhəri üzrə 138 min piyada yol-hərəkət qaydasını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib. Ancaq onlardan 50 faizə qədəri cərimələri ödəməyib.

Manevr.az-ın xəbərinə görə, bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib

O bildirib ki, əgər 50 faizə qədər insan cəriməni ödəmirsə, deməli, artıq piyadalarda arxayınlıq yaranıb:

“Araşdırmalar zamanı müşahidə edirik ki, bəzi piyadalar müxtəlif vaxtlarda eyni yerdə ardıcıl xətalar törədib. Qara Qarayev və Neftçilər prospektlərində 6-7 piyada il ərzində qaydanı pozub, 4-5 dəfə onların barəsində protokol tərtib edilib, lakin cərimələri ödəməyiblər. Piyadaların arxayın olub qaydaları pozmaları onların avtomobillərlə vurulması hallarının artmasına səbəb olur. Bu baxımdan cərimələrin ödənilməsi mexanizmində yeniliklər edilməlidir”.

V.Əsədov vurğulayıb ki, 20-31 yaş həddi arasında piyadalara tərtib edilmiş protokollar daha çoxluq təşkil edir:

“Onlar arasında işləyənlər də, təhsil alanlar da çoxdur. Cərimələrlə bağlı piyadaların iş yerlərinə, təhsil müəssisələrinə məlumat vermək mümkündür. Eyni zamanda, piyadaların məsuliyyətini artırmaq üçün digər müəssisələrə də müraciət etmək mümkündür. Banklar kredit verərkən həmin şəxsin cəriməsinin olub-olmamasına diqqət yetirsin və cərimələrin olduğunu xatırlatsın. Yəni, əgər vətəndaşın yol-hərəkət qaydasını pozduğuna görə cərimə borcu varsa, bu hər yerdə, o cümlədən notariat kontorlarında, mənzil-istismar sahələrində sənəd alarkən, digər dövlət və qeyri-dövlət müəssisələrinə müraciət edərkən, xaricə səfər edərkən üzə çıxmalıdır ki, piyada məsuliyyətini anlasın və bir daha qaydanı pozmasın. Bu hallar nəzərə alınarsa, hesab edirəm ki, piyadaların avtomobillərlə vurulması xeyli azalar. Əsas məqsədimiz piyadaların avtomobillərlə vurulması hallarının sayını azaltmaqdır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar