Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Məcburi köçkünləri hakimiyyətlə üz-üzə qoymağa çalışan qüvvələr var" - Millət vəkili

Tarix: 03-02-2017 20:47     Baxış: 6363 A- / A+
"Məcburi köçkünləri hakimiyyətlə üz-üzə qoymağa çalışan qüvvələr var"

Məcburi köçkünlər sayğacların quraşdırılmasına qarşı etiraz aksiyaları keçirirlər

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Bundan sonra sayğaclaşma işlərinə başlanılıb. Bu isə məcburi köçkünlərin müqavimət göstərməsinə səbəb olub.


Bakıda və bölgələrdə məcburi köçkünlər aksiyalar keçirərək buna etiraz ediblər.

Manevr.az xəbər veriri ki, baş verən hadisələrlə bağlı millət vəkili Zahid Oruc fikirlərini "Ölkə.Az"-la bölüşüb:

"Hazırkı dövrdə məcburi köçkünlərlə bağlı məsələlərin mahiyyətini təhrif edərək yurd-yuvasından didərgin düşmüş insanları hakimiyyət orqanları ilə üz-üzə qoymağa çalışırlar. Həmin şəxslər 90-cı illər mübarizələrindən keçən, inqilabi hadisələr üzrə ixtisaslaşmış qüvvələrdir və daha çox bu istiqamətdə istəklərini göstərirlər. Faktiki olaraq virtual məkanda köçkünlərin sosial problemlərindən əllərini qızdıranlar çoxdur. Öz evini itirmiş adamların dərdi, hazırki vəziyyətdəki durumu onları çox da maraqlandırmır. Köçkünlərin durumu onları üşütmür, əksinə, qeyd etdiyimiz vəziyyətin gərginləşməsi üçün addımlar atılır.

36 manatlıq vəsaiti təqdim edəndə sanki o məvacib bir ailəyə nəzərdə tutulurmuş kimi təqdim edirlər. Halbuki 36 manat ailədə hər bir nəfərə verilən vəsaitdir. Bu faktın özü sübut edir ki, qərəz və informasiyaların təhrif edilməsi mövcuddur. Məcburi köçkünlər üçün Azərbaycan dövləti ötən illərdə 8 milyard vəsait xərcləyərək onları qəsəbələrlə, yaşayış evləri ilə təmin edib. Bununla bağlı hansı işlər görüldüyü barədə statistik məlumatlar yayılıb.

Çox həssas bir dönəmdə hər hansı şəxslər ya bilərəkdən, ya da bilməyərəkdən məcburi köçkünlərlə bağlı qərardan, onların narazılığından danışırsa, bunun səbəbini bəzən çox zaman unuduruq. Səbəb işğaldır, Azərbaycan ərazilərinin itirilməsidir. O qüvvələr əslində bu köçkünlüyün yaranmasında müəyyən məsuliyyət sahibi idilər. O adamlar indi köçkünlərə gerçəkdən də canıyanan qüvvəyə çevriliblər. Müşahidə edirəm ki, həmin adamlar bu məsələdən spekuliasiya edirlər. Məqsəd mühüm bir sosial qüvvəni hakimiyyət orqanları ilə toqquşdurmaqdır. Buna yol vermək olmaz".

Bundan əvvəl ayrılan vəsaitdən qeyri-qanuni istifadə edilməsi hallarının olduğunu deyən millət vəkili bunları bildirdi:

"İndiyə qədər dövlət tərəfindən həmin vəsaitlər ayrılırdı. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dövlətin ayırdığı vəsaiti "Azərişıq" və "Azəriqaz" və digər qurumlara birbaşa köçürürdü. Bu zaman reallıqda maraqlı şeylər baş verirdi. Mənim təmsil etdiyim Bərdə rayonunda məcburi köçkünlər üçün verilən enerji limitinə digər şəxslər də qoşula bilirdi. Demək ki, enerjidən istifadənin özündə ünvanlılıq təmin olunmurdu. Əksinə, köçkün adı ilə köçkün olmayan, imkanlı, təminatlı adamlar da bu limitdən bəhrələnə bilirdi. Bundan əlavə, hökumət nə qədər enerji sərf etdiyini də bilmirdi.

Bu hadisədən istifadə edib məcburi köçkünləri yerindən oynadan, özünün hakimiyyət uğrunda mübarizəsinə məcburi köçkünləri alət etməyə qalxan qüvvələrə qətiyyən yol vermək olmaz. Qaçqın və məcburi köçkünlər heç zaman bu ölkənin müxalif bazasına çevrilmədilər. Çox yaxşı xatırlayıram ki, təmsil etdiyim Bərdə bölgəsinə, çadır şəhərciklərinə, çiy kərpicdən tikilmiş və insanın yaşaması dəhşətli dərəcədə çətin olan daxmalara, həmçinin vaqon şəhərciyinə, hansı ki, dünyada belə bir termin yoxdur, onların hamısına baş çəkən, o köçkünlərin məhrumiyyətlərini bölüşən, onların dərdinə qatlaşan, sonra beynəlxalq qurumları çağırıb, dəvət edib, israrlı mövqelərlə bu hümanitar fəlakəti aradan qaldıran Heydər Əliyev olub. Prezident İlham Əliyev isə bu illər ərzində Azərbaycanın əldə etdiyi vəsaitlərlə o köçkünlərin normal evlərlə təmin edilməsi üçün real addımlar atıb.

Ona görə də, Azərbaycanda hökumətin anti-qaçqın siyasəti yoxdur. Hər hansısa bir partiya rəhbəri düşünürsə ki, o insanların qarşısına çıxıb, hökuməti pisləyib, əvəzində bir mübarizə atmosferi yarada bilər, o zaman o hadisələri yaşamış bir məcburi köçkün ayağa qalxıb soruşa bilər ki, bu illər ərzində gəlib bir dəfə də olsun bizi ziyarət etməmisən. Kiminsə xarici pasportu olmaya bilər, ancaq bu ölkədə bir ünvandan başqasına getmək azaddır. Bu illər ərzində görməmişəm ki, müxalif partiya sədrlərindən hər hansısa biri məcburi köçkün qəsəbələrinə getsin, siyasi deyil, ən azı sosial, ictimai, vətənpərvərlik məsələlərini 5 nəfərlə müzakirə etsin.

Ötən illər ərzində Qarabağ bölgəsinin ən böyük ağırlığını öz çiynində daşıyan Bərdə, Tərtər, Ağcabədinin həyatında yaşananları çox yaxşı bilirəm. Biz o acılara bərabər qatlaşmışıq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar