Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş məmurların həbs müddəti artırıldı

Tarix: 18-08-2016 19:00     Baxış: 4466 A- / A+
Keçmiş məmurların həbs müddəti artırıldı


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov və digər bir neçə vəzifəli şəxslərinin həbs müddəti yenidən artırılıb.

Manevr.az-ın Trend-ə istinadən məlumatına görə, Binəqədi rayon Məhkəməsində bir neçə nəfərin həbs müddətinin artırılması ilə bağlı təqdimata baxılıb. Məhkəmənin qərarı ilə təqdimatlar təmin edilib. Məhkəmənin qərarı ilə V. Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov, həmin MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının RYTN-də apardıqları yoxlamalar nəticəsində nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov, nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov, həmin MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov və bir neçə nəfər vəzifəli şəxs saxlanılmışdı. Saxlanılan şəxslər barədə Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin barəsindəki həbs müddəti bir neçə dəfə artırılıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar