Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu

Tarix: 12-08-2020 10:52     Baxış: 4339 A- / A+
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu


Bakıda orta məktəb müəllimi olan 58 yaşlı qadın ilk övladını dünyaya gətirib.


Manevr.az sputnik-ə istinadən xəbər verir ki, bu, Bakıda ikinci belə haldır: başqa bir qadın 64 yaşında ana olmuşdu.

Həkim etikası çərçivəsində qadının adı açıqlanmır. Həkim-ginekoloq Elnurə Mustafayevanın sözlərinə görə, onun nəzarəti altında olan pasiyent ekstrakorporal mayalanma prosedurundan sonra hamilə qalıb.

Qadın 45 yaşında ailə qurub. Bu illər ərzində o, təbii yollarla hamilə qalmağa cəhd göstərib.

"Bu fakt - qeyri-adidir. Hər qadının başına belə hal gələ bilməz. Bu yaşda bir çox pasiyentlərimizə müalicə yazmaqdan çəkinirik, ancaq bu qadın, bir növ, fenomen oldu.

Yəni onun səhhəti uşaq doğmağa imkan verdi. Bundan başqa, onun heyrətamiz iradəsi var", - deyə həkim bildirib.
Düzdür, qadının sağlamlığında bəzi problemlər olsa da, o, öhdəsindən gəlib və birinci ekstrakorporal mayalanmadan sonra hamilə qalıb.

Məlumdur ki, süni mayalanma 100 faiz hamilə qalmağa zəmanət vermir.

"Ancaq bizim pasiyentimizin səhhəti uğurlu nəticə üçün, demək olar ki, ideal idi", - Mustafayeva deyib.

Əlbəttə, 58 yaşında hamiləlik asan olmasa da, o, uğurla sonlanıb. Doğulan uşağa Fateh adı qoyulub.

Oğulla ananı artıq evə yazıblar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar