Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu maskalar niyə 10 manata satılır? - AÇIQLAMA

Tarix: 08-08-2020 21:53     Baxış: 4274 A- / A+
Bu maskalar niyə 10 manata satılır? - AÇIQLAMA


Koronavirusdan qorunmaq üçün nəzərdə tutulmuş vasitələrdən biri də 3D texnologiyası ilə hazırlanan şəffaf maskalardır. Artıq sosial şəbəkələrdə bu maskaları satan şirkətlərə rast gəlinir. Bu maskalar bəzi yerlərdə 4, bəzi yerlərdə isə 6-10 manatadır.


Maraqlıdır, bu maskaların nə kimi üstünlüyü var və qiymət fərqi nədədir?

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a danışan professor Adil Qeybulla bildirib ki, şəffaf üz maskalarından istifadə zamanı burun aerozolu sifətə deyil, şəffaf səthə düşür və bu, daim ünsiyyətdə olan şəxslər üçün əlverişlidir:

"Ağız və burun aerozolunun qarşısını almaq üçün müxtəlif maskalar var. Bunlar təbii ki, virusun keçiriciliyinə, istifadə müddətinə görə müxtəlif cür olur. Elə maskalar var ki, bir neçə saatlıq, eləsi də var ki, bir neçə günlük olur. İnsanlarla daim ünsiyyətdə olan şəxslər üçün şəffaf maskalardan istifadə daha təhlükəsizdir. Çünki biz tez-tez əlimizi üzümüzə vurduğumuz üçün bu yolla virusun buruna, o cümlədən bədənə keçməsi mümkündür. Bu şəffaf maskalar nəticəsində burun aerozolu sifətə deyil, şəffaf səthə düşür".

Ekspert sözügedən maskaların müxtəlif qiymətə təklif edilməsinə də münasibət bildirib:

"Bu maskaların qiyməti şəffaf plastikin qalınlığından və mexanizmindən asılı olaraq dəyişir. Bəziləri hərəkətsizdir, yəni üzə əl vurmaq və s. üçün maskanın çıxarılması lazım olur. Bəziləri isə hərəkətlidir, yuxarı və aşağı qaldırmaq mümkündür. Yəni mexanizmdən asılı olaraq bu maskaların qiymətləri də fərqlidir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar