Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Dərmanlara 4700 manat pul vermişəm, arvad-uşaq girinc olub" - Xalq artisti

Tarix: 04-08-2020 05:33     Baxış: 4272 A- / A+
"Dərmanlara 4700 manat pul vermişəm, arvad-uşaq girinc olub"

Xəbər verdiyimiz kimi, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problem yaranıb. Onun vəziyyəti qəfildən pisləşdiyi üçün ev şəraitində müalicə olunur.

Rejissor xəstəliyindən sonra ona qarşı olan laqeyd münasibətdən gileylənib, dövlətdən yardım istəsə də heç kimin ona köməklik etmədiyini deyib:

"Boğuluram, nəfəs ala bilmirəm, bu hava şəraiti də mənim səhhətim üçün yaxşı deyil. Evdə dava-dərman edirik. Çox qəribədir, mən dəhşətə gəlirəm, keçən dəfə açıq müraciət etdim, amma maraqlanan olmadı. Naşükür adam deyiləm, humanist insanam, amma o adamalara dövlət qayğısı, diqqət göstərilir ki, onlar heç Şeyxin dırnağı da deyil. Şeyxin fəaliyyəti, 60 illik xidmətləri, son hadisələrlə bağlı layihələri göz qabağındadır. Sənətim, təhsilim, adım-sanım, soy-köküm hamıya bəllidir. Bu günə kimi heç bir siyasi, maddi təmənnası olmayan, sizdən bu günə kimi heç nə ummayan, küsməyən Şeyx Əbdül Mahmudbəyov yada düşmürsə, daha nə demək olar? Mən danışa bilmirəm, Allah Bəhram Bağırzadənin də şəfasını versin, o da mənim bir oğlumdur, amma bilirsiniz, sabah bu xalqın düşmən qabağına çıxası ziyalıları lazımdır.

Mən ölkənin birinci vitse-prezidentinə müraciət edirəm, mənim imkanım yoxdur. Bir dərman almışam 58 manata. Artıq 3-cü aya keçəcək ki, xəstəyəm, müalicə alıram, düz 4700 manat dərmanlara pul vermişəm. Dərmanlar çox bahadır. Hörmətli Mehriban xanım, Leyla xanım, mən sizə müraciət edirəm, bu xalqın üstündə mənim haqqım var, mən müalicə olunmalıyam, imkanım da yoxdur. Ev şəraitində əziyyət çəkirəm, yazıq arvad-uşaq, qohum-əqrəba girinc olub. Mənə bir cavab verin. Sosial şəbəkələrdə, saytlarda müraciətim yazılıb, kimdir bunun qabağını alan?

77 yaşında xalq sənətkarıyam, hamıya dəstək verilir, xalqın tanımadığı şəxslərə dayaq olurlar. Düz edirsiniz, onlara da dəstək olun, amma mənə də kömək edin". yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar