Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bağlanmış banklardan birində minlərlə əmanətçi aldadılıb - VİDEO

Tarix: 30-07-2020 21:03     Baxış: 6220 A- / A+
Bağlanmış banklardan birində minlərlə əmanətçi aldadılıb - VİDEO


Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib.

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7%-dən 6,75%-ə endirilməsi haqqında qərar qəbul edib.

Manevr.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O bildirib ki, faiz dəhlizinin aşağı həddi 6,25, yuxarı həddi isə 7,25% səviyyəsində müəyyən edilib. Qeyd edilib ki, ötən ay illik inflyasiya səviyyəsi isə hədəf limitindən aşağı olub.

Elman Rüstəmov bağlanmış banklardan da danışıb. O bildirib ki, bağlanmış banklar qadağaya baxmayaraq əmanət qəbul edib. Bu səbəbdən də xeyli əmanətçi risklə üzləşib.

Bağlanmış banklardan birində isə minlərlə əmanətçi başqa formada aldadılıb. Müqavilə şərtləri qorunan əmanətlərə uyğun olsa da, bank onu qorunmayan əmanət kimi göstərib. Məsələ ilə bağlı məhkəməyə müraciət olunub və 10 günə əmanətçilərin xeyrinə qərar çıxacağı gözlənir.

Həmçinin qeyd edilib ki, ölkənin strateji valyuta ehtiyatları artıb. Strateji valyuta ehtiyatları hazırda 51,7 milyard dollar təşkil edir. Bu isə ilin əvvəli ilə müqayisədə 1,2% çoxdur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar