Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

XİN-in həbs edilən Konsulluq İdarəsinin rəisi apelyasiya şikayət verib

Tarix: 13-07-2020 11:18     Baxış: 5226 A- / A+
XİN-in həbs edilən Konsulluq İdarəsinin rəisi apelyasiya şikayət verib


Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin rəisi Faiq Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirindən apelyasiya şikayəti verib.


Manevr.az apa-ya istinadən xəbər verir ki, şikayət vəkili vasitəsi ilə məhkəməyə daxil olub.

Şikayətə yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsinə baxılacaq.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsində DTX-ın təqdimatı əsasında F. Bağırov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, rəsmi məlumata əsasən, DTX tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Aparılan cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar