Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirusa görə dövlətdən yardım alan deputatlar da var - ADLARI

Tarix: 07-07-2020 17:18     Baxış: 4235 A- / A+
Koronavirusa görə dövlətdən yardım alan deputatlar da var - ADLARI

Bildiyimiz kimi, koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planının icrası çərçivəsində pandemiyanın zərər vurduğu sahələrdə fəaliyyəti göstərən sahibkarlara da dövlət tərəfindən maliyyə dəstəyi göstərilib.
Manevr.az xəbər verir ki, dövlət büdcəsindən maliyyə yardımı alan sahibkarlar arasında Milli Məclisin deputatları da var.
83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Milli Məclisə deputat seçilən Aqil Abbas “Ədalət Qəzeti”nin (VÖEN – 1300456161) qanuni təmsilçisi kimi pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb.
16 saylı Yasamal ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilən Erkin Qədirli fərdi sahibkar olaraq (VÖEN – 1301471522) pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb.
84 saylı Füzuli seçki dairəsindən Milli Məclisə deputat seçilən Vüqar Bayramov fərdi sahibkar olaraq (VÖEN – 7500209182) pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb./yeniavaz.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar