Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Saxta ətri necə tanımaq olar? - 3 əlamətə DİQQƏT

Tarix: 07-07-2020 13:59     Baxış: 4238 A- / A+
Saxta ətri necə tanımaq olar? - 3 əlamətə DİQQƏT

Hətta məşhur mağazalarda təəssüf ki, orjinal ətir yerinə saxtasını almaq riski mövcuddur. Bu yalnız məyusedici deyil, eyni zamanda insan səhhəti üçün təhlükəlidir. Lakin saxta ətirləri təyin etməyin xüsusi əlamətləri var. Məhz bu əlamətlər sayəsində hətta ustalıqla hazırlanmış olsa belə saxta ətirləri tanımaq mümkündür.

Odur ki ətirin qablaşmasına, seriya nömrəsinə, qoxu performansına və qapağının dizaynına baxaraq onun həqiqi ətir olub-olmadığını anlaya bilərsiniz. Sadalayacağımız nüanslara diqqət edərək gerçək ətirlə, təqlid edilmiş ətiri rahat şəkildə ayırd edə biləcəksiniz.

Manevr.az həmin əlamətlərdən bəzilərini təqdim edir:

Saxta ətirlərin üç növü var – kopiya, versiya, variasiya.

Kopiya, orijinala ən yaxındır. Ad, qablaşdırma, flakon və iyi orijinala oxşayır. Versiya, orijinalın yalnız iyini imitasiya edir. Çox zaman orijinal qablaşmada olmur. Variasiya, bu da qoxusuna, flakonun formasına, qablaşdırmasına görə orijinala oxşayır. Lakin qablaşmanı diqqətlə oxuduqda, bir və ya iki hərfin fərqləndiyini görmək olar. Məsələn, “Lacoste" əvəzinə "Lakoste" ola bilər.

Orijinal ətir 50%-dən çox ucuz olmur. İnternet mağazalar istisnadır. Belə ki, burada əlavə vergi olmadığı üçün qiymətlər mağazalardan ucuzdur. Lakin burada da 25-30%-dən çox endirim ola bilməz.

Ətrin adı: Məsələn Fransada "parfume" sözünün sonunda e olmur. Qablaşdırmanın üzərində "Made in France" əvəzinə "France" yazılıbsa saxtadır. Belə ətirlərin qablarında loqotiplər ya aydın olmur, ya da silinmiş şəkildə olur.

Selofan: Adətən qablaşdırmanın üzərinə selofan çəkilir. Lakin selofan yoxdursa saxta olduğu anlamına gəlmir. Bəzən brend ətirlərin də qablaşdırması selofansız ola bilir.

Karton: Qablaşdırma səliqəli olmalı, üzərində zədə izləri olmamalı, yüksək keyfiyyətli texnika ilə hazırlanmalıdır.

Flakon: Tanınmış ətir istehsalçıları qablaşdırmaya qənaət etmirlər, ətirləri heç vaxt ucuz qablaşdırmada satmırlar. Ətrin flakonu keyfiyyətli şüşədən hazırlanmalı, üzərində heç bir əyrilik olmamalıdır. Həmçinin şüşə aydın olmalıdır. Təkcə flakon deyil, onun içində olan maye də şəffaf olmalıdır. Flakon və qablaşdırmada mütləq onun həcmi göstərilir.

Orijinal ətrin flakonu əgər rəngli olmalıdırsa onu rəngli şüşədən hazırlayırlar. Rənglənmiş şüşə saxtalığın əlamətidir.
Ştrix kod isə orijinallığı sübüt edən ən vacib məqamdır.lent.az

Manevr.az
Saxta ətri necə tanımaq olar? - 3 əlamətə DİQQƏT

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar