Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aydın Mirzəzadə sosial şəbəkədə yaydığı siyahıdan danışdı: “Mənə irad bildirənin...“

Tarix: 04-07-2020 16:57     Baxış: 3237 A- / A+
Aydın Mirzəzadə sosial şəbəkədə yaydığı siyahıdan danışdı: “Mənə irad bildirənin...“

Bir neçə gündür, sosial şəbəkələrdə Milli Məclisin deputatı Aydın Mirzəzadənin ad günü münasibətilə onu təbrik edənlərin siyahısını yayması müzakirə edilir. Müzakirələrdə iştirak edənlər deputatın bu siyahını dərc etmək üçün zaman ayırmasına irad tutublar.

Manevr.az xəbər verir ki, sözügedən iradlarla bağlı "qafqazinfo"ya açıqlama verən A. Mirzəzadə bildirib ki, bir qrup insanlar deputatları adi insani xasiyyətlərdən məhrum robot kimi təsəvvür edirlər:

"Onlara elə gəlir ki deputat günün 24 saatı ancaq siyasətlə, qlobal məsələlərlə məşğuldur. Onun şəxsi həyatı, mövzuları yoxdur. Deputat da insandır. Hamının yaşadığı həyatdan o da yaşayır. Əksinə, deputatın sosial şəbəkədə aktiv olması onun insanlarla açıq olmasını göstərir. Ad günü ildə bir dəfə olur. Çox sayda insanlar vaxt ayıraraq mənim səhifəmə, poçtuma məktub yazıblar. Telefonuma çox sayda təbrik zəngləri gəlib. Mən bu insanlara quru sözlə “sağ ol” deyim? Bəs bu insanların mənə ayırdıqları vaxt, diqqət? Bunları mən qiymətləndirilməli deyiləmmi? Ona görə də vaxtımın bir hissəsini mənə göndərilən təbriklərin siyahısını tərtib etməyə sərf etdim. Kimsə hesab edirsə ki, bu çox böyük vaxt və zəhmət tələb edir, mənə elə gəlir ki, onların dəftərxana işindən xəbərləri yoxdur. Artıq mən bir neçə ildir ki bunu edirəm. Mən görürəm ki, insanlarda bu, maraq doğurur. Siyahını yayandan sonra onu iki dəfə də yeniləməli oldum. Müəyyən sayda insanlar mənə yazaraq adlarını siyahıda tapmadıqlarını bildirdilər.

Deputatlıq səlahiyyətimin yerinə yetirilməsinə gəlincə isə, qoy kimsə mənə desin ki, nəyisə səhv edirəm. Seçicilərimlə görüşürəm, onların problemlərini parlamentdə qaldırıram. Onlayn görüşlər keçirirəm. Daim cəmiyyətin içindəyəm. Mənim mobil telefonumu respublikada hər kəs bilir. İstədikləri vaxt istənilən məsələylə bağlı mənə zəng edə bilirlər. Əlavə olaraq deputat kimi nə etmişəmsə, qoy kimlərsə mənə iradını bildirsin. Mənə irad bildirənin səhifəsinə daxil oluram və görürəm ki, onun statusunu cəmi iki nəfər bəyənib. Mən ona sual edirəm, sən özün nə qazanmısan? Mən başa düşürəm ki, siyahını dərc etmək yenilikdir, ancaq bunda qəbahət görmürəm".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar