Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan Araz çayını ekoloji fəlakətlə üz-üzə qoydu - Şəkillər

Tarix: 04-07-2020 13:00     Baxış: 4229 A- / A+
Ermənistan Araz çayını ekoloji fəlakətlə üz-üzə qoydu - Şəkillər

Ermənistanın nüvə tullantılarının Araz çayına axıdılmasına görə Parsabad əhalisinin əksəriyyətinin xərçəng xəstəliyinə tutulması ilə bağlı İranın Ali Vilayətlər Şurasında Ərdəbil nümayəndəsinin xəbərdarlığından sonra, Araz çayında böhranlı vəziyyətin yarandığını göstərən şəkillər yayılıb.

Manevr.az aznews tv-yə istinadən xəbər verir ki, son günlərdə Araz çayından yayılan görüntülər, Ermənistandan axıdılan yüksək konsentrasiyalı sənaye və nüvə tullantıları səbəbindən çayda minlərlə balıq və krevetkanın tələf olduğunu göstərir.

Sosial mediada yayılan görüntülərdə, çaya axıdılan tullantıların kimyəvi dozası yüksək olduğu üçün çayın rənginin yaşıla büründüyü görünür və yerli sakinlərin sözlərinə görə, üfunət iyi çayın sahillərinə yayılıb.

İranda yaşayan azərbaycanlı ətraf mühit və vətəndaş cəmiyyəti fəalları bildirir ki, sözügedən çirklənmənin Araz çayı boyunca yaşayan minlərlə sakinin sağlamlığına və həyatına təsiri baxımından, bu böhran, Urmiya gölünün qurumasına səbəb olan ekoloji böhrandan sonra, İranın şimal-qərbində və Azərbaycanın bölgələrində ən böyük və ən təhlükəli sayılır.

Son günlərdə Ali Vilayətlər Şurasında Ərdəbilin nümayəndəsi Puya Mucərrəd bildirib ki, Ermənistanın Araz çayına sənaye tullantıları axıtması nəticəsində Parsabad əhalisi kütləvi şəkildə xərçəng xəstəliyinə tutulur, bu baxımdan Ərdəbil vilayətində mədə-bağırsaq xərçənginə yoluxma statistikası birinci yerdədir:

“Parsabad rayonunda hər bir ailədə ya yol qəzalarında, ya da xərçəngdən bir nəfər həyatını itirib”.

Manevr.az
Ermənistan Araz çayını ekoloji fəlakətlə üz-üzə qoydu - Şəkillər
Ermənistan Araz çayını ekoloji fəlakətlə üz-üzə qoydu - Şəkillər
Ermənistan Araz çayını ekoloji fəlakətlə üz-üzə qoydu - Şəkillər
Ermənistan Araz çayını ekoloji fəlakətlə üz-üzə qoydu - Şəkillər

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar