Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün Vilayət Eyvazovun doğum günüdür

Tarix: 28-06-2020 12:27     Baxış: 2274 A- / A+
Bu gün Vilayət Eyvazovun doğum günüdür


“Bu gün Azərbaycanın uğurlu inkişafında polis orqanlarının çox böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri ilə polisimizə ən böyük dəyərini verib. Doğrudan da müstəqil dövlətimiz qurulduğu andan etibarən Azərbaycan polisi dövlətini, dövlətçiliyini şərəflə qoruyur. Bu yolda o şəhid də verir, sıralarından böyük şücaətlər göstərmiş qəhrəmanlar da çıxır və belə oğullarımızın sayı yüzlərlədir.
Sevindirici haldır ki, bu gün polis orqanlarının başında bu işin peşəkarı olan, vətənpərvər bir insan – Vilayət Eyvazov durur. Bu gün general-polkovnikin 52 yaşı tamam olur. Azərbaycanın 8-ci daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 1968-ci ildə Culfa rayonunun Əbrəqunis kəndində anadan olub.
2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Ailəli və üç övlad atası olan nazir 1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib. Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.
Prezidentin 2004-cü il sərəncamı ilə ona polis general-mayoru, 2006-cı il tarixli sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilib. Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. Bu gün məhz daxili işlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə ölkəmizdə ictimai asayişin təmin edilməsində, vətəndaşların təhlükəsizliyinin qorunmasında, xüsusən pandemiya dövründə xəstəliyə qarşı mübarizədə polisinin böyük fədakarlıq nümayiş etdirdiyi danılmaz faktdır. Bu sistemdə hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğu getdikcə artır. Vətənini sevən hər kəs bilir ki, Azərbaycanda hər hansı təhlükə anında polis vətəndaşının yanındadır. Yəni təhlükə hiss etdiyi anda gözü polisini axtaran hər kəs əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü riskə atar. Bütün bunlara görə Azərbaycan polisi ilə qürur duymağa dəyər.
Daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovu doğum günü münasibətilə təbrik edir, ona Azərbaycan dövlətçiliyinin inkişafında göstərdiyi xidmətlərində bundan sonra da uğurlar arzulayırıq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar