Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsi pulsuz simsiz rabitə ilə təmin olunub

Tarix: 25-06-2020 10:45     Baxış: 3199 A- / A+
Bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsi pulsuz simsiz rabitə ilə təmin olunub


Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsi, eyni zamanda sosial qayğıya ehtiyacı olan ailəyə pulsuz "simsiz rabitə" xidməti ilə dəstək olub.

Nazirlikdən verilən məlumata görə, sosial aksiyanın keçirilməsində məqsəd COVID-19 pandemiyası ilə mübarizə şəraitində bir qrup insanın telefon və internet xidmətlərinə olan tələbatını ödəməkdir.

Aksiya zamanı rabitə infrastrukturu məhdud Bakıətrafı ərazilərdə yaşayan müvafiq kateqoriyalı müraciət edənlərə "simsiz rabitə" xidmətini dəstəkləyən avadanlıqlar hədiyyə edilib, onların qısa zamanda telekommunikasiya xidmətlərinə qoşulması təmin olunub.

Qeyd edək ki, "Baktelecom" Abşeron yarımadasının bütün kəndlərində və paytaxtın bəzi məhdud infrastrukturlu ərazilərində rabitə xidmətləri ilə təminat çətinliyini aradan qaldırmaq üçün LTE (Long Term Evolution) texnologiyasını tətbiq edir. Hazırda 10 minə yaxın abunəçiyə bu texnologiya üzərindən telekommunikasiya xidmətləri göstərilir. Xidmətə qoşulmaq üçün istifadəçilər simsiz şəbəkəni dəstəkləyən xüsusi qəbuledici avadanlıq əldə etməlidirlə /xezerxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar