Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda iyunun 25-dən bu qadağa tətbiq ediləcək - RƏSMİ

Tarix: 25-06-2020 08:38     Baxış: 2208 A- / A+
Bakıda iyunun 25-dən bu qadağa tətbiq ediləcək - RƏSMİ


Son günlər aparılan müşahidələr onu göstərir ki, hələ də bəzi sərnişinlər sosial məsuliyyətdən kənar davranaraq avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmirlər.

Manevr.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi iyunun 24-də bununla bağlı sərnişinlərə xəbərdarlıq edib.

Bildirilib ki, bucür məsuliyyətsiz davranışlara yol verən sərnişin özü̈ ilə yanaşı, digərlərinin də sağlamlığını riskə atır:

"Bu hal sərnişindaşımaların təşkili baxımından da olduqca təhlükəlidir və sürücülər arasında yoluxma ehtimalını ciddi səkildə artırır. Virusa yoluxan bir nəfər sürücü̈ istehsalat bazasında yüzlərlə əməkdaşı yoluxdura bilər ki, bu isə eyni anda bir və ya bir neçə marşrut xəttinin fəaliyyətinin dayanmasını qaçılmaz edir.

Bu cür xoşagəlməz halların yolverilməzliyini və tibbi maskadan istifadənin mütləq olduğunu nəzərə alaraq, marşrut avtobuslarında bəzi qaydaların tətbiqinə qərar verilib. Sərnişinlərin maska taxmadan avtobusa minməsi qadağandır.

İyunun 25-dən etibarən maskadan istifadə etməyən sərnişin olacağı halda avtobus dayanacaq məntəqəsini tərk etməyəcək. Yalnız sərnişin maska taxdıqdan sonra avtobus hərəkət edəcək.

Artıq avtobuslara maskasız girişin qadağan olduğunu bildirən məlumatlar da yerləşdirilib. Yaxın günlərdə tələbin icrasına dair nəzarət tədbirləri daha da gücləndiriləcək. Bununla yanaşı, daşıyıcılarla da görüş̧ keçirilib və sürücülərin təlimatlandırılması barədə göstəriş̧ verilib.

Bakı Nəqliyyat Agentliyi bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edir. Xahiş̧ edir ki, sərnişinlər maskadan istifadə etməyənləri ictimai qınağa çəkməklə onları məsuliyyətli olmağa, tibbi maskadan istifadəyə məcbur etsinlər. Həmçinin bildirilir ki, yarana biləcək narahatlığa görə məsuliyyət tibbi maskadan istifadə etməyən sərnişinlərin üzərinə düşür"-deyə, məlumatda qeyd olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar