Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq artisti vəfat edən oğlundan danışdı: “Fəridi özümə atam, qardaşım bilirdim“ - Video

Tarix: 24-06-2020 07:57     Baxış: 2203 A- / A+
Xalq artisti vəfat edən oğlundan danışdı: “Fəridi özümə atam, qardaşım bilirdim“ - Video


“Artıq səkkiz ildir ki, övladım rəhmətə gedib. 11 il ondan əvvəl isə o məhbus həyatı yaşayıb”.

Manevr.az xəbər verir ki, bu sözləri Xalq artisti Arif Quliyev “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.

Sənətkar 2012-ci ildə dünyasını dəyişən oğlu Fərid Quliyevin yoxluğu ilə barışa bilmədiyini və onu itirməkdə özünü günahlandırdığını bildirib:

“Yuxuma girir... Hərdən onunla söhbət edirəm. Ona yenə də məsləhətlər verirəm. İtki vermək özü bir ağır bəladır. Elə anlar olurlar ki, çarpayıdan qalxıb, Fəridi axtarıram.

Hər zaman başım işimə qarışıb. Bəlkə də səhvim olub. Özümü təqsirkar görürəm və heç zaman bağışlaya bilməyəcəyəm. Ürəyimdə Fəridə deyiləsi çox sözlərim qaldı.

Onun ali təhsili yarımçıq qaldı. İstərdim, onu xalqına xidmət edən bir insan görüm. Amma qismət olmadı. Çox ağrılı və acılı həyatım olub. Nə ana, nə də ki ata görmüşəm. Fərid, axı sən böyüyəndən sonra səni atam, qardaşım bilirdim... Kimsəsiz bir insanam. Səni özümə arxa görmək istərdim (ağlayır).

Hər şeyi təbii qəbul edirəm. Çünki həyat varsa, burada sevinc də var, kədər də. Teatrımızın emblemində insanın üzü əks olunub. Üzün bir tərəfi gülür, digər tərəfi isə ağlayır. Hər hadisə həyatdan götürülür. Həyat isə insan yaşamının meyarıdır. O meyar ki sənə həyatda qismət olur... Hər şeyə alın yazısı kimi baxıram.

Gələnlə gedənin önünü kəsmək qeyri-mümkündür. Hər insana ölüm qismət olacaq. Bir şeyə yanıram ki, oğlum Fəridi gənc yaşda itirdim. Lakin insan itkisinin yaşı olmur”. /Oxu.az

Xalq artisti vəfat edən oğlundan danışdı: “Fəridi özümə atam, qardaşım bilirdim“ - Video
Xalq artisti vəfat edən oğlundan danışdı: “Fəridi özümə atam, qardaşım bilirdim“ - Video
Xalq artisti vəfat edən oğlundan danışdı: “Fəridi özümə atam, qardaşım bilirdim“ - Video
Xalq artisti vəfat edən oğlundan danışdı: “Fəridi özümə atam, qardaşım bilirdim“ - Video
Xalq artisti vəfat edən oğlundan danışdı: “Fəridi özümə atam, qardaşım bilirdim“ - Video
Xalq artisti vəfat edən oğlundan danışdı: “Fəridi özümə atam, qardaşım bilirdim“ - Video


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar