Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Sizlərlə qürur duyuruq"- MİNNƏTDARLIQ

Tarix: 23-06-2020 23:02     Baxış: 3402 A- / A+
"Sizlərlə qürur duyuruq"- MİNNƏTDARLIQ

"Bu çətin günlərdə ağır imtahanla üz-üzə qalan, anamızın yanında olmaq, acısını paylaşmaq cəsarətində kimlər bulundu? Həmin insanların adını çəkib, anamız Elnarə Nağıyevanın adından və Antalyada müalicə kursu keçən uşaqların valideyinləri adından təşəkkür edir, minnətdarlığımızı bildiririk".

Manevr.az bildirir ki, bu sözlər Rövşən Hüseynovun redaksiyamıza göndərdiyi məktubdandı. Həmin minnətdarlıg məktubunu təqdim edirik:
"Yaxşılıq etməyə ürək, acını paylaşmaq üçün isə cəsarət gərəkdir. Çünki hər kişi ağır yükün altına girəcək qədər cəsarət sahibi olmur. Necə ki, 18 iyun 2020-ci il tarixində 24 yaşlı Azərbaycan övladı İbadzadə İlkin Mətləb oğlunun Türkiyənin Antalya şəhərində müalicə aldığı “Medical Park” xəstəxanasında vəfat etməsi və onun nəşinin doğma vətəninə göndərilməsində yaranan problemlə bağlı anası Nağıyeva Elnarə Qədim qızı adından aidiyyəti şəxslərdən və dövlət qurumlarından dəstək istəyərək, cənazənin tez bir zamanda Azərbaycana aparılması üçün haray çəkmişdik. Bəs bundan sonra harayımıza kimlər səs verdi, kimlər anamızın acısına şərik çıxdı? Kimlər özlərini karlığa və korluğa vurdu? Bu çətin günlərdə ağır imtahanla üz-üzə qalan, anamızın yanında olmaq, acısını paylaşmaq cəsarətində kimlər bulundu? Həmin insanların adını çəkib, anamız Elnarə Nağıyevanın adından və Antalyada müalicə kursu keçən uşaqların valideyinləri adından təşəkkür edir, minnətdarlığımızı bildiririk. Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Böyük Elçisi Erkan Özoral bəyə, millət vəkilimiz Qənirə xanım Paşayevaya, millət vəkili Arzu Nağıyevə, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimə, DGTYB-nin Məsləhət Şurasının başqanı Əkbər Qoşalıya, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin əməkdaşları Azər İsmayılova (Azər İsmayıl), Azərbaycanımızın mərd övladı, iş adamı İlqar Məmmədova, Yusif Sadıqova sonsuz təşəkkürümüzü bildiririk. Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, səfir Xəzər İbrahim şəxsən Elnarə anamızı ziyarət edərək dəstəyini ifadə etdi. O cümlədən, Azər bəy və İlqar bəy şəxsi təyarə kirayələyərək cənazənin Azərbaycana yola salınması təklifini dəstəklərini anamıza və səfirimizə çatdırdılar. Uzun ilərdir Antalyada yaşayıb çalışan iş adamları İlqar Məmmədov, Yusif Sadıqov, Azər İsmayılov (İsmayıl) burda müalicə kursu keçən uşaqlardan maddi və mənəvi dəstəklərini əsirgəmirlər. Antalya Qan Bankının könüllüsü Emin Balin, “Medical Park” özəl xəstəxanasında bizlərə yardımçı olan Fidan xanım Beshliyevaya, Moskvada yaşayıb çalışan dəyərli həmyerlimiz Məharət Ağayev və dostları Bayram bəy, Harun bəy və adlarının çəkilməsini istəməyən digər dəyərli qardaşlarımız yaxşı ki varsınız. Sizlərlə fəxr edir, qürur duyuruq".

Manevr.az
"Sizlərlə qürur duyuruq"- MİNNƏTDARLIQ

Mərhum İlkin İbadzadə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar