Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qərargahın jurnalistlərlə bağlı bu qərarı qanuna ziddir – Hüquq müdafiəçisi

Tarix: 20-06-2020 14:44     Baxış: 4182 A- / A+
Qərargahın jurnalistlərlə bağlı bu qərarı qanuna ziddir – Hüquq müdafiəçisi

"Operativ Qərargahın bu qərarı qanuna zidd olduğuna görə yenidən baxılmalıdır”.

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Səməd Vəkilov Operativ Qərargahın əmək müqaviləsi olmayan jurnalistlərin fəaliyyətinin məhdidlaşdırılması ilə bağlı qərarını şərh edərkən deyib. Vəkil bildirib ki, Operativ Qərargahın bu qərarı KİV haqqında qanuna ziddir:

"KİV haqqında qanunun 49-cu madəsinə görə, məlumatı toplamaq, istehsal etmək və yayılması ilə məşğul olan ştatlı müxbirlər və 49-cu maddənin ikinci hissəsində isə göstərilir ki, həmin növ fəaliyyətlə məşğul olan ştatdankənar müxbirlər jurnalist hesab olunurlar. Yəni, KİV haqqında qanuna görə, jurnalist statusu ştatlı müxbirlər və ştatdankənar müxbirlərə şamil edilir. Qərargahın məhdudiyyəti ştatdankənar müxbirlərə qarşı yönəlmiş sayılır. Belə çıxır ki, ştatlı müxbirlər əmək müqaviləsi əsasında işləyirlər, ştatdan kənar müxbirlərlə isə qonorar əsasında. Ona görə bir çox hallarda müxbirlərin əmək müqaviləsi olmur”.

Səməd Vəkilov qeyd edib ki, Operativ Qərargah jurnalistlərlə bağlı qərar qəbul edəndə informasiya əldə etmək azadlığı və KİV haqqında qanunu nəzərə alsın.
Qeyd edək ki, Nazirlər Kabinetinin Mətbuat katibi İbrahim Məmmədov 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq olunacaq sərt karantin rejimi günlərində jurnalistlərin vəsiqə ilə hərəkət edə bilməyəcəklərini açıqlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar