Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə baş həkimi şantaj edən şəxsləri həbsdə saxlayıb

Tarix: 19-06-2020 10:13     Baxış: 4166 A- / A+
Məhkəmə baş həkimi şantaj edən şəxsləri həbsdə saxlayıb


Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmək və dələduzluqda təqsirləndirilərək həbs edilən Elxan Hümbətov, Rövşən Əliyev və Hətəmxan Çobanov barəsindəki çıxarılan hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az trend-ə istinadən bildirir ki, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, təqsirləndirilənlər özlərini vəzifəli şəxslərin qohumları kimi təqdim etməklə üç nəfərdən külli miqdarda pul almaqda və şantaj yolu ilə pul tələb edməkdə təqsirli biliniblər.

Təqsirləndirilən şəxslər həmçinin Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovdan 125 min manat almaqda təqsirləndirilir

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Hümbətov 12 il, R. Əliyev 9 il və H. Çobanov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar