Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Başqa xəstəlikdən ölənlər koronavirus kimi qeyd olunsaydı... - Rəqəm oyunu yoxsa gerçəklər?

Tarix: 19-06-2020 08:05     Baxış: 2225 A- / A+
Başqa xəstəlikdən ölənlər koronavirus kimi qeyd olunsaydı... - Rəqəm oyunu yoxsa gerçəklər?


"Hər il yüzlərlə insan xərçəngdən və ya digər ağır xəstəliklərdən ölür, amma, yalnız koronavirus şişirdilir, təbliğ olunur. Böyük oyunun içindəyik, olmayan virusla insanları evdə saxlayıb, dünyanı xilas edirlər. Bir müddət sonra vaksin adı ilə hər kəsin bədəninə çip yerləşdirəcəklər.

Yuxarıda qeyd edilənlərin hər biri koronavirusa inanmayan şəxslərin bu virusla bağlı sosial şəbəkələrdə yazdıqları rəylərin ümumi formasıdır. Bu əsassız fikirlərə inanmağı daha doğru hesab edən şəxslər sanki, bununla özlərini psixoloji olaraq rahatdalaraq stressdən uzaq qalmağa çalışırlar. Onlar müxtəlif bəhanələr gətirərək karantin qaydalarını pozur, adi gigiyenik qaydalara əməl etmirlər.

Başqa xəstəlikdən ölənlər koronavirus kimi qeyd olunsaydı... - Rəqəm oyunu yoxsa gerçəklər?


Sözsüz ki, bu məsuliyyətsiz yanaşma virusa inamsızlıqla bağlıdır. Virusa inamsızlığın isə müxtəlif səbəbləri var. Bir müddət koronavirusa görə təşvişə düşən şəxslərin belə artıq bu virusa inanmadığının şahidi oluruq. İnsanların rəsmi məlumatları deyil də, dost-tanışdan eşitdiyinə, sosial şəbəkələrdə yazılanlara inanması vəziyyəti daha da qəlizləşdirir.

Lakin son günlər koronavirusa inanmayanların sayı xeyli azalıb. Bunun əsas səbəblərindən biri ona müəyyən qədər yaxın birində Covid-19-un aşkarlanmasıdır. Artıq, çox insanın tanışları arasında bu virusa yoluxanlar var. Amma bu virusa yoluxub, bunu gizlədənlər də az deyil.

Koronavirusa inanmayanların əsas gətirdiyi məsələlərdən biri koronavirusla bağlı rəqəmlərin şişirdilməsidir. Belə ki, onlar düşünür ki, hər il digər xəstəliklərdən, qəzada ölənlərin sayı koronavirusdan ölənlərin sayından çoxdur və buna görə də məsələni böyütməyə, karantin rejimi tətbiq etməyə gərək yoxdur. Amma koronavirus heç də düşünülən kimi adi xəstəlik deyil. Xəstəliyin qorxulu olmasının səbəbi onun sürətlə yayılmasıdır. Koronavirus müalicə oluna bilən xəstəlikdir və dünyada 4 milyondan çox insanın da sağalması bunu deməyə əsas verir.

Başqa xəstəlikdən ölənlər koronavirus kimi qeyd olunsaydı... - Rəqəm oyunu yoxsa gerçəklər?


Koronavirusla bağlı real rəqəmlərin yayıldığı worldometers saytına baxsaq, bu gün ərzində 100 mindən çox insan ölüb. (Rəqəmlər bu məqalə yazılarkən belə çoxa doğru dəyişir) Bu rəqəmlərin isə cəmi 7-8 mini koronavirusun payına düşür. Qalan 91 min nəfər digər xəstəliklər səbəbindən vəfat edənlərdir.


Başqa xəstəlikdən ölənlər koronavirus kimi qeyd olunsaydı... - Rəqəm oyunu yoxsa gerçəklər?



Əgər həqiqətən də, məqsəd insanları qorxuya salmaq, təşvişdə saxlayaraq idarə etmək olsaydı və ya sosial şəbəkələrdə qeyd olunduğu kimi başqa xəstəliklərdən ölənlər də koronavirus kimi təqdim olunsaydı, sözsüz noyabr ayından bugünədək koronavirusdan ölənlərin sayı 10 milyonu keçərdi.

Dünyada baş verən proseslərə şübhə ilə yanaşmaq, arxasında hər hansı məqsəd axtarmaq normal bir haldır. Amma dünyada 451 min nəfərin öldüyü xəstəliyə laqeyd yanaşmaq heç də normal görünmür. Ən azından bu özünüz və ətrafınız üçün təhlükəli ola bilər.

Qeyd edim ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən dünyada 8,428,497 insan koronavirusa yoluxub, 4 milyonu bu virusdan sağalıb, 451,927 nəfər Covid-19 səbəbi ilə dünyasını dəyişib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar