Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fazil Məmmədovun virusdan qorunmaq üsulu: Özünü təcrid edib

Tarix: 14-06-2020 14:44     Baxış: 3205 A- / A+
Fazil Məmmədovun virusdan qorunmaq üsulu: Özünü təcrid edib

Nazir vəzifəsindən kənarlaşdırıldığı son 3 il ərzində sağlamlığı ilə bağlı gündəmdən düşməyən eks-vergilər naziri Fazil Məmmədov "COVID-19" infeksiyasından qorunmaq üçün Bakıdakı malikanəsində özünü təcrid edib.

Yaxın çevrəsinin modern.az-a verdiyi məlumata görə, sabiq nazirin səhhəti əvvəlki illərlə müqayisədə çox yaxşıdır. Mütəmadi olaraq, sahibi olduğu Gəncə Beynəlxalq Hospitalında müayinələrdən keçir, həkimlərin tapşırıqlarına maksimum dərəcədə riayət edir.

Hazırda "Synergy Group” MMC şirkətlər qrupunda biznes fəaliyyətini davam etdirir. Məlum olduğu kimi, "Synergy Group” MMC şirkətlər qrupu hələ Fazil Məmmədov nazir postundaykən rəsmi olmasa da, de-fakto ona məxsus idi.

2010-cu ildə təsis edilmiş "Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir.

"Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarətdir.

"Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyətinin Bakıdan kənarda yerləşməklə, regionların sosial-iqtisadi inkişafında mühüm paya malik olduğu bildirilir.

2018-ci ilin əvvəllərində Gəncə Beynəlxalq Hospitalında müalicə almış Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınmışdı. F.Məmmədov 2018-ci ilin iyununda ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O "American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar