Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İcra başçısının hədələdiyi jurnalistə Mətbuat Şurasından dəstək

Tarix: 11-06-2020 03:10     Baxış: 3174 A- / A+
İcra başçısının hədələdiyi jurnalistə Mətbuat Şurasından dəstək

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənlini qəbul edib.

V. Həsənli, Ə.Amaşova Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mülkləri ilə bağlı ötən gün "Demokrat.az" saytında yayılmış yazı ətrafındakı durumla bağlı məlumat verib.

O bildirib ki, sözügedən yazı materialı ilə bağlı "Demokrat.az" saytının jurnalisti Daşkəsən Rayon İcra Hakimiyyətinin rəsmi elektron poçtuna əvvəlcədən informasiya sorğusu göndərib, eyni zamanda İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mobil telefon nömrəsinə zəng edərək əlaqə saxlamağa çalışıb. Ancaq Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev jurnalistin informasiya sorğusuna təhqiredici ifadələrlə cavab verərək, Əhəd Abıyevlə bağlı məlumatları yayan şəxsləri "erməni əsilli məxluqlar" adlandırıb.

MŞ sədri jurnalistlərin suallarına etik tərzdə, məmur etikasına uyğun, səlis və əhatəli cavab verilməsinin vacibliyini, hər hansı aşağılayıcı tonun, qeyri-müəyyənliyin yolverilməzliyini vurğulayıb.

Əflatun Amaşov qeyd edib ki, məmurlar jurnalistlərin suallarına cavab verməkdən yayınmağa çalışmamalıdırlar. Hər bir jurnalistin məmura sual vermək və informasiya sorğusu göndərmək ixtiyarı var və sorğuya əhatəli cavab vermək qanunun da tələbidir.

Görüş zamanı Əflatun Amaşov "Demokrat.az" xəbər portalına gələcək fəaliyyətində uğurlar arzu edib. pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar