Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əməkdar jurnalistin sualı var:""ƏMƏK VETERANI" medalı niyə verilmir?"

Tarix: 08-06-2020 21:47     Baxış: 3259 A- / A+
Əməkdar jurnalistin sualı var:""ƏMƏK VETERANI" medalı niyə verilmir?"

Azərbaycan Respublikası Nazirlər Kabinetinə və onun struktur bölməsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
təklifim var.


Vaxtilə - indi bəyənmədiyimiz Sovetlər dövründə əmək veteranlarına veteran vəsiqəsi ilə yanaşı "Əmək veteranı" medalı da verilirdi. Azərbaycanda "əmək veteranı" adına əmək stajı 40 ildən çox kişilər və stajı 30 ildən çox olan qadınlar görülürlər. Ancaq nədənsə özünün 30-40 il ömrünü əmək fəaliyyətinə həsr etmiş adamlar yalnız müvafiq vəsiqə verilməklə təqaüdə göndərilirlər, medalsız-filansız. Həm də ki, təqaüdə çıxan şəxs veteran vəsiqəsi barədə xüsusi olaraq müraciət etməsə, müvafiq sənədlər toplamasa, müəssisə və təşkilatların kadrlar şöbələri bu işə laqeyd yanaşır, öz veteranlarını eləcə "əliboş" - hətta veteran vəsiqəsi vermədən yola salırlar. Axı, necə ola bilər ki, 40-50 il əmək "cəbhəsində" çalışasan, adicə bir "Əmək veteranı" medalına da layiq görülməyəsən? Axı, yaşı 65-70-i ötmüş əmək adamları həyatının sonuncu təskinliyi, az-çox sevinci ola biləcək belə bir təltifdən niyə məhrum edilirlər? Heç bir əlavə imtiyazı olmayan bu medal haqqı olanlara niyə verilmir?

Bu, sosial diqqətsizlik, ədalətsizlik olmayıb, bəs nədir?

İnanmaq istərdik ki, Nazirlər Kabineti illərlə nəzər-diqqətdən kənarda qalmış bu məsələyə (təbii ki, müharibə vəziyyətində olmağımız bizlərə çox şeyləri unutdurub, ancaq veteranlarımız əbədi deyillər axı... İllər gedir, ömür sona çatır...) diqqət yetirəcək və veteranlarımız tezliklə layiq olduqları medallarla təltif eiləcəklər .

Rəhman ORXAN.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar