Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Həftəsonu sərt karantin rejimi tətbiq olunmayacaq - RƏSMİ AÇIQLAMA

Tarix: 08-06-2020 12:53     Baxış: 4223 A- / A+
Həftəsonu sərt karantin rejimi tətbiq olunmayacaq - RƏSMİ AÇIQLAMA

İyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydalarının tətbiq edilməsi barədə Baş nazir Əli Əsədovun adından yayılan məlumat həqiqətə uyğun deyil.

Manevr.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, bu barədə bəzi saytlarda yayılan məlumat həqiqəti əks etdirmir: "Baş nazir bu barədə heç bir yerdə açıqlama verməyib. Bəziləri bu barədə yalan məlumatlar yayıblar".

İ.Məmmədov bildirib ki, Baş nazirin bu həftənin sonu karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı heç bir qərarı yoxdur: "Bu barədə heç bir qərar yoxdur. Əgər hansısa müzakirə aparılarsa və ya qərar qəbul edilərsə, bununla bağlı ictimaiyyətə rəsmi məlumat veriləcək. Amma bu günə bu barədə belə bir qərar yoxdur".

Xatırladaq ki, bəzi saytlarda Baş nazir Əli Əsədovun adından məlumatlar yayılıb. Məlumatda bildirilir ki, guya ölkədə koronavirus infeksiyası kəskin yayıldığı üçün iyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydaları tətbiq ediləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar